![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/ca/Reliefkarte_Aserbaidschan_2023.png/640px-Reliefkarte_Aserbaidschan_2023.png&w=640&q=50)
Qız Qalası su anbarı
Araz çayı üzərində su anbarı / From Wikipedia, the free encyclopedia
Qız Qalası — Azərbaycan və İran arasındakı dövlət sərhədində yerləşən Araz çayı üzərində tikilmiş su anbarı.[1] Qız Qalası su anbarı Xudafərin hidroqovşağından 12 km aşağı hissədə yerləşir. Cəbrayıl rayonu ərazisini əhatə edir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər su anbarı eyni adlı Su Elektrik Stansiyası ilə birlikdə Ermənistan Respublikasının nəzarəti altında olmuşdur. Su anbarı Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilib.[2] Qız Qalası su anbarı vasitəsilə 12 min hektar ərazinin su ilə təmin olunması nəzərdə tutulur.[3] Layihə, gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyalarının tikintisini də nəzərdə tutur.
Qız Qalası Su Anbarı Qız Qalası Su Anbarı? | |
Ölkələr | ![]() ![]() |
Yerləşməsi | Azərbaycan |
Rayon | Cəbrayıl |
Tikilmə tarixi | 1999 - 2008 |
Həcmi | 1.6 milyard m³ |
Tökülən çay | Araz |
Axan çay | Araz |
Su sistemi | Kür → Xəzər dənizi |
Bəndi | Qız Qalası SES |
![]() | ? °C |
![]() | ? °C |
Yanvarda orta t. | ? °C |
İyulda orta t. | ? °C |
İllik yağıntı | ? mm |
![]() | ? |
![]() | ? |
2024-cü il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.[4]