Xəzər dənizi
Dünyanın ən böyük gölü / From Wikipedia, the free encyclopedia
Xəzər dənizi (az-əbcəd. خزر دنیزی; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای خزر) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır.[1] Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir. Səviyyə tərəddüdündən asılı olaraq (10–20 %) dəyişməyə məruz qalır və orta hesabla 370 min km2 sahəni əhatə edir. Uzunluğu təqribən 1200 km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Xəzər dənizinin sahil xəttinin uzunluğu təqribən 6380 km-dir ki, onun da 825 km-i Azərbaycan Respublikasının payına düşür.[1]
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Xəzər dənizi | |
---|---|
Каспий теңізі مازرون دریا دریای خزر کاسپي درىا Каспийское море | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | −28 m |
Eni | 435 km |
Uzunluğu |
|
Sahil uzunluğu | 7.000 km |
Sahəsi |
|
Həcmi | 78.700 km³ |
Dərin yeri | 1.025 m, 211 m |
Duzluluğu | 12,5 ‰ |
Yerləşməsi | |
42°00′ şm. e. 50°30′ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |