Azərbaycanın ən qabaqcıl nəşriyyatı, "Hər gün yeni bir kitab" devizi ilə fəaliyyət göstərən "Qanun Nəşriyyatı"nın əsası 1992-ci il 18 yanvarda qoyulub. "Qanun Nəşriyyatı" 1995-ci ildən müstəqil nəşriyyat kimi fəaliyyət göstərir. .[1] Nəşriyyatın təsisçisi Şahbaz Xuduoğlu, 2024-cü ilə qədər həm də nəşriyyatın direktoru kimi fəaliyyət göstərib. 2024-cü ilin avqust ayında Ayan Etibar Nəşriyyatın icraçı direktoru, Aygün Əziz isə baş redaktoru təyin edilib. Şahbaz Xuduoğlu Nəşriyyatda təsisçi və naşir olaraq fəaliyyətini davam etdirir.

Təsisçi Şahbaz Xuduoğlu, icraçı direktor Ayan Etibar, baş redaktor Aygün Əziz
Cəld faktlar Ölkə, Yaranma tarixi ...
Qanun Nəşriyyatı
"Qanun Nəşriyyatı" MMC
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yaranma tarixi 1995
Qurucu Şahbaz Xuduoğlu
Qərargah Bakı, Tbilisi prospekti 76
Əsas insanlar Şahbaz Xuduoğlu
Sayt Qanun.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla


Nəşriyyat ilk illərdə əsasən, hüquq ədəbiyyatı nəşr edirdi. Hazırda isə bədii və tərcümə ədəbiyyatının nəşrinə üstünlük verilir.

Fəaliyyəti

"Qanun Nəşriyyatı" bütün sahələrdə: bədii ədəbiyyat, fəlsəfə, tarix, iqtisadiyyat, tibb, coğrafiya, elmi-fantastika, uşaq ədəbiyyatı, din, mətbəx və sağlamlıqla bağlı kitablar nəşr etməklə fəaliyyətini ilbəil genişləndirir. "Qanun Nəşriyyatı"nın gənclərlə bağlı başladığı "Birinci kitab" və "Ən yeni ədəbiyyat" seriyası cəmiyyətdə populyarlıq qazanmışdır.[2]

"Qanun" nəşriyyatı bir çox Nobel mükafatı laureatının: Qabriel Qarsiya Markes, Orxan Pamuk, Herta Müller, Jan-Mari Qustav Le Klezio, Joze Saramaqo, Alber Kamü və s. ilə yanaşı, Bernhard Şlink, Corc Oruell, Mark Levi, Paulo Koelyo, Den Braun, Riçard Brenson, Devid İqlmen, Yuval Noy Harari, Ekhart Tolle, Salman Rüşdi, C. R. R. Tolkin, Ronda Bern, Stiven Hokinq, Franz Kafka kimi dünyaca oxunan yazarların əsərlərini türk, rus, ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə tərcümə etmişdir.

"Qanun Nəşriyyatı" "Dünya klassikləri" seriyasında Fyodor Dostoyevski, Lev Tolstoy, Toni Morrison, Anton Çexov, Viktor Hüqo, Teodor Drayzer, Ceyn Ostin, Con Steynbek, Cek London, İvan Turgenyev, Tomas Mann, Aleksandr Puşkin, Çarlz Dikkens, "Azərbaycan klassikləri" seriyasında isə Məmməd Səid Ordubadi, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, İlyas Əfəndiyev, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, İsmayıl Şıxlı və başqalarının əsərləri çap olunmuşdur.[3][4]

Missiyası

Kitab nəşr etmək "Qanun Nəşriyyatı"na görə vacib missiyadır. Bu missiya kitabın nəşri ilə bitmir, əsas məqsəd mədəniyyət və elmin yayılması ilə cəmiyyətin intelektual zənginliyinə nail olmaqdır. Hər bir azərbaycanlının evində kitab və kitabxana olmalıdır. Hər kəs oxumağı və oxumaqla böyüməyi, dünyəviləşməyi özünün həyat kredosuna çevirməlidir. Kitab mənəvi ehtiyacın tərkib hissəsi olmalıdır. "Qanun Nəşriyyatı"nın təqdim etdiyi kitablar insanlarımızın həyat keyfiyyətini pisdən yaxşıya, yaxşıdan əlaya dəyişəcək.

Məqsədi

"Qanun Nəşriyyatı"nın əsas məqsədi məzmun və çapına görə ən yüksək keyfiyyətli kitabları təqdim edən, yaradıcı heyətin və oxucuların tərəqqisini daim dəstəkləyən ölkədə, həmçinin regionda ən qabaqcıl nəşriyyat evi olmaqdır. Mirzə Fətəli Axundov, Ömər Faiq Nemanzadə, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir və digər böyük mütəfəkkirlərin irsinin mənəvi varisi kimi maarifçilik dəyərlərini davam etdməklə bu yolu gələcəyə aparmaqdır. Dünyanın mədəni və intellektual ədəbi irsinin təşkil edən ən qabaqcıl ədəbiyyat nümunələrinin ana dilimizdə nəşri və oxucularımıza çatdırılması, müasir kitab mədəniyyətində ən yeni ədəbiyyat nümunələrini çatdırmaqla mayak rolu oynamaq əsas məqsədimizdir.

Milli Kitab Sərgisi

Thumb
Milli Kitab Sərgisi

"Qanun Nəşriyyatı" 2021-ci ildə I Milli Kitab Sərgisini təşkil etməklə Azərbaycanda ilk dəfə kitabçıların, naşirlərin, yazarların özünün təşkil elədiyi müstəqil yarmarka-sərginin əsasını qoyub.

Təkərli kitab dükanı

Thumb
Təkərli kitab dükanı

"Qanun Nəşriyyatı"nın təsisçisi Şahbaz XuduoğluƏli və Nino (kitab mağazası)nın sahibi Nigar Köçərli tərəfindən 2023-cü ildə "Təkərli kitab dükanı" adlı layihə təsis edilib. Bu səyyar dükan bir maşından ibarətdir və Azərbaycanın bölgələrini gəzərək ucqar kəndlərdə yaşayanlara sərfəli qiymətlə kitablar təqdim edir.[5][6][7][8][9]

Əmtəə nişanları

Müxtəlif mövzularda kitablar çap edən nəşriyyatın "YONCA", “Ian’s collection”, "Postmodern" və "Dinlə Kitab" adlı fərqli əmtəə nişanları mövcuddur.

"Dinlə Kitab" audio-kitab layihəsi

"Dinlə kitab" audio-kitab layihəsi çərçivəsində "Qanun Nəşriyyatı"nın çap etdiyi kitablar tanınmış aktyorlar və qiraətçilər vasitəsilə səsləndirilir.[10] Xalq artistləri Vidadi HəsənovSabir Məmmədov (aktyor), əməkdar artist Hüsniyyə Mürvətova, aktyorlar Ramil Zeynalov, Azər Aydəmir, Kamal Yaşar, Kəmalə Mustafayeva, Ramiz Qəmbər, Cavid Baba, Günəş Bağırsoy tanınmış radio aparıcıları Aygün Osmanlı, Müjgan Namidar, Lalə Əliyeva, Allahverdi Qurbanov, Fatma Qafarova və başqaları kitablarımızın səsləndirilməsində iştirak edib. Rejissor Elvin Adıgözəl Dinləkitab.az saytının sifarişi ilə Səməd Behrənginin "Balaca qara balıq" əsərinin radio-tamaşasını hazırlayıb. Tamaşa sayt vasitəsilə yayımlanıb və böyük maraqla qarşılanıb.[11] Dinləkitab.az saytında dünyasını dəyişmiş məşhur xalq şairlərinin və yazıçılarının nadir səs yazıları yayımlanıb. Həmçinin könüllü qiraətçilər vasitəsilə şeir və hekayələr hazırlanıb, ödənişsiz paylaşılıb.

Səsləndirilmiş kitabların əlçatan olması məqsədilə saytla yanaşı, xüsusi mobil tətbiqlər də yaradılıb. Sayt və mobil tətbiqlər audio-kitab həvəskarlarının telefon, musiqi oxudan, bilgisayar, televizor və s. bu kimi müasir avadanlıqlarda rahatlıqla şeir, inkişaf və motivasiya, roman, elmi və bədii ədəbiyyatın müxtəlif nümunələrini dinləmələri üçün nəzərdə tutulub. Layihə çərçivəsində həm yerli, həm də xarici ədəbiyyat nümunələri səsləndirilərək audio-kitab formatında təqdim edilir. "Dinlə Kitab" komandası sifariş əsasında audio-kitabların hazırlanmasını da həyata keçirir. Layihənin baş redaktoru yazıçı Cəlil Cavanşirdir.

“Yonca” nəşrləri

“Yonca” Nəşrləri (tam adı: “Yonca” Uşaq Nəşrləri Redaksiyası) 2023-cü il 27 fevral tarixində fəaliyyətə başlayıb. Redaksiya Azərbaycanın ən böyük kitab sənayesi mərkəzlərindən biri sayılan “Qanun Nəşriyyatı"nın bazasında, naşir Şahbaz Xuduoğlunun təşəbbüsü ilə yaradılıb. Redaksiyanın əsas fəaliyyəti 0-6 yaş arası auditoriya üçün müxtəlif öyrədici, əyləncəli, ensiklopedik, bədii və kütləvi nəşrləri tərtib edib çapa hazırlamaqdan ibarətdir. Redaksiya balaca oxucular üçün praktik olaraq bütün janrlarda kitablar tərtib edir, müəlliflərə sifariş verir, müxtəlif xarici nəşrlərin çap hüququnu almaqla onların ana dilimizdə yayılmasına şərait yaradır. Qısa zaman ərzində redaksiya yüzə yaxın kitab üzərində tərtibat işini tamamlayıb və otuza yaxın kitab çap olunub. Redaksiya Sevda Bəxtiyar, Vüqar Haqverdiyev, Aida Hacıyeva, Əyyub Qiyas kimi yerli uşaq yazarları və uşaq kitab tərtibatçıları ilə əməkdaşlıq edir, yerli və xarici müəlliflərlə birgə fəaliyyət proqramı üzərində işləyir. “Yonca” uşaq nəşrləri redaksiyası Bakı şəhəri, Tbilisi prospekti 76 ünvanında fəaliyyət göstərir. “Yonca” uşaq nəşrləri redaksiyasına aparıcı redaktor Əyyub Qiyas rəhbərlik edir.

“Ian’s collection”

“Ian’s collection” “Qanun Nəşriyyatı"nın bazasında, naşir Şahbaz Xuduoğlunun təşəbbüsü ilə yaradılıb. İngilis dilində kitablar nəşr edir.

"Postmodern"

"Postmodern" layihəsi 2023-cü ildə “Qanun Nəşriyyatı"nın bazasında, naşir Şahbaz Xuduoğlunun təşəbbüsü ilə yaradılıb. Daha çox mədəniyyət sahəsində, art mövzulu kitabların nəşri ilə məşğuldur.

"Qanun" elmi hüquq jurnalı

"Qanun" elmi hüquq jurnalı "Qanun Nəşriyyatı"nın təsisçisi Şahbaz Xuduoğlu tərəfindən təsis edilmişdir. Jurnal 8 yanvar 1992-ci ildən etibarən çap olunan dövri elmi nəşrdir. Jurnalın əsas məqsədi hüquq elminin inkişafı, hüquq və qanunçuluğun təbliği, cəmiyyətin hüquqi maarifləndirilməsi işində elmi platforma kimi yaxından iştirak etməkdir. Jurnalda tanınmış hüquqşünas alimlərin, doktorant və dissertantların, magistrantların, praktik hüquqşünasların hüququn müxtəlif sahələri üzrə elmi-praktiki məqalələri mütəmadi olaraq dərc edilməkdədir. Məqalələr Azərbaycan, rus və ingilis dillərində dərc olunur. Jurnalın redaksiya heyətinə ölkəmizin və Rusiya Federasiyasının tanınmış hüquqşünas alimləri daxildir. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydə alınmışdır. Qeydiyyat şəhadətnaməsi: № 0104-P83-41555. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 16 may 2014-cü il tarixli (protokol № 07-R) qərarı ilə "Hüquq elmləri” üzrə "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı"na (15-ci bənd) daxil edilmişdir[12]. Jurnal ayda bir dəfə, hər ayın 20-dən sonra nəşr edilir.

Mükafatlar

2021-ci ildə "Qanun Nəşriyyatı"nın rəhbəri Şahbaz Xuduoğlu 6-cı İstanbul Beynəlxalq Nəşriyyatlar görüşü​ – Müəllif Hüquqları Mükafatı (Istanbul Copyright Awards – 6th Istanbul Publishing Fellowship program) tədbirində iştirak edib. Naşir proqram çərçivəsində keçirilən müsabiqədə qalib olub və 6 min dollar mükafat alıb.[13][14][15]

Thumb
İstanbul Copyright Awards. 2021


Thumb
Naşir Şahbaz Xuduoğlu, Fransanın "İncəsənət və Ədəbiyyat" ordeninin “Cəngavər” dərəcəsi kavaleri

"Qanun Nəşriyyatı"nın təsisçisi Şahbaz Xuduoğlu 2021-ci ildə Fransanın "İncəsənət və Ədəbiyyat" ordeninin (Ordre des Arts et des Lettres) "Cəngavər" rütbəsi ilə təltif edilmişdir.[16]

Kitab satışı

Kitab satışı əsasən, nəşriyyatın üçüncü mərtəbəsində yerləşən "Qanun" mağazasında həyata keçirilir. Həmçinin nəşriyyat məşhur kitab mağazaları ilə – Əli və Nino (kitab mağazası), Baku Book Center, Kitabevim.az, Libraff, Azərbaycan Respublikası Kitabxana Kollektoru və s. ilə əməkdaşlıq edərək, Azərbaycanın bütün bölgələrində kitab satışını həyata keçirir. Ötən il fəaliyyətə başlayan "Təkərli kitab dükanı" isə ölkəmizin bütün guşələrinə səfər edərək kitab satışı həyata keçirir.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.