From Wikipedia, the free encyclopedia
Bu məqalənin giriş hissəsi yoxdur. |
Qatır Məmməd | |
---|---|
Janr |
tarixi döyüş bioqrafik |
Rejissor | Rasim Ocaqov |
Əsərin müəllifi | Zeynal Xəlilov |
Ssenari müəllifləri |
Mixail Maklyarski Kirill Rapoport |
Baş rollarda |
Şahmar Ələkbərov — Qatır Məmməd Rasim Balayev — Əziz Həsən Məmmədov — Səməd Ələddin Abbasov — Göyüş Səfurə İbrahimova — Həbibə Məmmədrza Şeyxzamanov — qubernator |
Operatorlar |
Teyyub Axundov Şərif Şərifov |
Bəstəkar | Cahangir Cahangirov |
Rəssamlar |
Nadir Zeynalov Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 26 may 1974 |
Filmin digər adı | Gəncəbasarlı qisasçı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 88,5 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1974 |
Texniki məlumatlar |
9 hissə 2518 metr genişekranlı 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID1204133 |
Kinolent 1919–1920-ci illərdə Gəncə quberniyasında baş vermiş inqilabi kəndli hərəkatı və onun əfsanəvi başçısı, xalq arasında məşhur olan Qatır Məmməd (əsl adı-Məmməd Əli oğlu Məmmədov) haqqında söhbət açır.
Qatır Məmmədlə Bakının hərbi qubernatoru olan general Tomsonun nümayəndəsinin söhbət etdiyi epizodda britaniyalı hərbçi "Əlahəzrət kraliçanın ordusunun Azərbaycandakı komandanı general Tomson məni sizin yanınıza göndərib" sözlərini deyir. Əslində, qadın monarxlar barəsində "əlahəzrət" deyil, "ülyahəzrət" xitabı işlənməlidir. Daha kobud səhv isə 1918–1920-ci illərdə (Qatır Məmməd qiyamının və general Tomsonun Bakı idarəçiliyinin baş verdiyi) dövrdə Böyük Britaniyada hakimiyyətdə V Corcun olması idi. Kraliça Viktoriya 1901-ci ildə vəfat etmişdi və məntiqlə Britaniya qoşunları "Əlahəzrət Kralın ordusu" adlanmalı idi. Ola bilsin ki, bu səhv filmin çəkildiyi 1970-ci illərdə Böyük Britaniya taxtında kraliçanın (II Elizabet) olması ilə əlaqədardır.
"Qatır Məmməd" filminin sonunda eyniadlı personajın öldürülməsi ilə bağlı "14 gündən sonra Azərbaycanda sovet hakimiyyəti quruldu. Qatır Məmməd o günü görmədi" sözləri deyilir. Əslində isə, Qatır Məmməd 18 sentyabr 1919-cu ildə qətlə yetirilmişdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.