V Corc

6 may 1910-cu ildən 1936-cı ildə vəfatına qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Britaniya dominionlarının 9-cu kralı, həmçinin Hindistanın imperatoru From Wikipedia, the free encyclopedia

V Corc
Remove ads

V Corc (ing. George V, George Frederick Ernest Albert; Georq Frederik Ernest Albert; 3 iyun 1865[1][2][…], Marlboro-haus[d]20 yanvar 1936[1][2][…], Sandrinqem sarayı[d], Norfolk qraflığı[3][4]) — 6 may 1910-cu ildən 1936-cı ildə vəfatına qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Britaniya dominionlarının 9-cu kralı, həmçinin Hindistanın imperatoru.

Cəld faktlar Hindistan imperatoru, Əvvəlki ...
Remove ads

Həyatı

Corc kraliça Viktoriyanınşahzadə Albert Saksen-Koburq-Qotun oğludur. 1877-ci ildən 1891-ci ilədək Hərbi Dəniz Qüvvələrində qulluq edib. 1901-ci ildə anası Viktoriyanın ölümündən sonra atası VII Edvard kral olur, Georq isə Uels şahzadəsi adını alır. 1910-cu ildə atasının ölümündən sonra o V Corc adı ilə kral elan edilir.

Birinci Dünya müharibəsindən sonra imperiyaların çoxu dağılsa da Böyük Britaniya öz ərazisini bir qədər də genişləndirə bildi. 1917-ci ildə V Corc cəmiyyətdəki antialman əhval-ruhiyyəsi fonunda Saksen-Koburq-Qot sülaləsinin Böyük Britaniyadakı qolunun adını Vindzorlar sülaləsi adına dəyişdi. Özü isə o sülalənin ilk monarxı oldu. Onun krallığı dövründə Britaniya cəmiyyətində sosializm, kommunizm, faşizm və irland respublikaçılığı ideyaları güclənməyə başlayır. İlk leyborist nazir hökumətə daxil olur.

Remove ads

Son illəri

1931-ci ildə məşhur Vestminister Nizamnaməsi qəbul edilir. Bu nizamnaməyə əsasən keçmiş müstəmləkələr Millətlər Birliyi tərkibində müstəqil ərazilərə çevrilirlər. Hakimiyyətinin son illərində isə onu xəstəliklər üzür və 1936-cı ildə vəfatından sonra hakimiyyətə oğlu VIII Eduard gəlir.

Həmçinin bax

Ədəbiyyat

  • Clay, Catrine. King Kaiser Tsar: Three Royal Cousins Who Led the World to War. (2007). 432 pp.
  • Matthew, H. C. G. (September 2004; online edition may 2009) "George V (1865–1936)", Oxford Dictionary of National Biography, Oxford University Press, doi:10.1093/ref:odnb/33369, retrieved 1 may 2010 (Subscription required)
  • Nicolson, Sir Harold, King George the Fifth: His Life and Reign, London: Constable and Co, 1952
  • Pope-Hennessy, James, Queen Mary, London: George Allen and Unwin, Ltd, 1959
  • Rose, Kenneth, King George V, London: Weidenfeld and Nicolson, 1983, ISBN 0297782452
  • Sinclair, David, Two Georges: The Making of the Modern Monarchy, London: Hodder and Stoughton, 1988, ISBN 0340332409
  • Windsor, HRH The Duke of, A King's Story, London: Cassell and Co, 1951
  • Г. С. Остапенко. "Наследники королевы Виктории и первые британские монархи XX в.: Эдуард VII и Георг V". — "Новая и новейшая история", № 6, 1999
Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads