Qlikogenoliz
From Wikipedia, the free encyclopedia
Qlikogenoliz — əsasən qaraciyərdə və əzələlərdə həyata keçirilən qlikogenin qlükozaya parçalanmasının biokimyəvi prosesi.[1] Qlikogenolizin əsas vəzifəsi qanda qlükoza səviyyəsini sabit saxlamaqdır.[2]
Qlikogenogenezin tənzimlənməsində iştirak edən ən mühüm hormonlar insulin, qlükaqon və adrenalindir.[2]