![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0d/Gramercy-park-2007.jpg/640px-Gramercy-park-2007.jpg&w=640&q=50)
Qramersi Park
From Wikipedia, the free encyclopedia
Qramersi Park (ing. Gramercy Park) — Nyu-York şəhərinin Manhetten borosunda yerləşən hasarlanmış özəl park[2] və həmçinin sadəcə Qramersi adlanan[3] rayon.[4]
Qramersi Park | |
---|---|
ing. Gramercy Park | |
![]() | |
40°44′17″ şm. e. 73°59′10″ q. u. | |
Ölkə | |
Ştat | Nyu-York |
Rayon | Manhetten |
Əhalisi | |
Əhalisi | 27.988[1] nəfər (2010) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksləri | 10003, 10010 |
![]() |
Tarixi Qramersi Park Rayonunda yerləşən təxminən 2 akr (0,8 ha) sahəsi olan park[5] Nyu-York şəhərinin iki (digəri Kuinsdəki Sanisayd Qardens parkıdır[6][7][8]), Nyu-York ştatının isə 3 özəl parkından biridir[9]; açar yalnız park ətrafında yaşayan və illik ödəmə ödəyən şəxslərdə var,[10] parkın ətrafındakı səkilər qaçış, gəzmə və it gəzintisi üçün məşhur marşrutlar olsa da, açarsız parka giriş qadağandır.
Rayon əsasən 6-cı bələdiyyə dairəsində[11] yerləşir, kiçik hissəsi isə 5-ci bələdiyyə dairəsinə[12] aiddir. Ümumiyyətlə sakit və təhlükəsiz ərazi hesab olunur.[10]
Rayon, müvafiq tarixi yerlər və bütövlükdə park müsbət rəylər qazanmışdır. Onu "ölməkdən imtina edən Viktoriyan centlmeni" adlandıran Şarlotta Deqri New York Times qəzetinə "ölkədə Qramersi Parka bənzər bir şey olmadığını" bildirmişdir.[13]