Qırmızı sağ əl (ing. Red Hand of Ulster) - İrlandiyanın 4 tarixi əyalətindən biri olan Olsteri simvolizə edən heraldik simvol. Burada təsvir edilən qırmızı əl günəş tanrısı Nuadunun oğlunun əli ilə assosiasiya olunur. Həmçinin İrlandiyanın Qırmızı əli (ing. Red Hand of Ireland) və O'Nillərin Qırmızı əli (ing. Red Hand of O'Neill) kimi də tanınmışdır.

Thumb
Qırmızı sağ əl

Simvolun mənşəyi haqda əfsanələrdən birinə görə, 2 nəfər torpaqlar üzərində hakimiyyət uğrunda yarışmaya girirlər. Yarışmanın şərti- su axınını keçərək, birinci olaraq əl ilə sahilə toxunmaq idi. Yarışanlardan biri qalib gəlmək üçün əlini kəsərək, onu sahilə atmışdır.

Bibliya versiyasına əsasən, İudanın gəlinin 2 əkiz uşağı var idi. Doğuş zamanı onlardan birinin əli görünmüşdür. Bu uşağın adı Zara idi. Onun əlini ilk uşaq olduğu üçün qırmızı sapla nişanlayırlar. Lakin körpə yenidən gizlənir və ilk olaraq onun qardaşı Fares anadan olur. Zara birinciliyi itirmiş kimi İberiyaya yollanır, sonradan onun davamçıları düşməndən xilas olmaq üçün Hiberniyaya - İrlandiyaya gəlib çıxmışdılar.

Hal-hazırda Olsterin qırmızı əli Şimali irland loyalistlərinin simvolu sayılır.

Thumb
Olsterin bayrağı

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.