Qırmızı teremdə yuxu
From Wikipedia, the free encyclopedia
Qırmızı teremdə yuxu və ya Daşın hekayəsi (sadələşdirilmiş çincə: 红楼梦, ənənəvi çincə: 紅樓夢; pinyin: Hóng Lóu Mèng) Tsao Syuetsin tərəfindən yazılmlş, çincənin dörd böyük klassik romanlarından biri. 18-ci əsrin ortalarında, Tsin sülaləsi dövründə yazılmışdır. Çində xalq dilində yazılmış ən böyük əsərlərdən biri və çincə fantastika ədəbiyyatının şah əsəri qəbul edilir. [1] İlk 80 bölüm Tsao Syuetsin tərəfindən yazıldı. 1791-92-də birinci və ikinci nəşrləri hazırlayan Qao E, yoldaşı Çenq Ueiyuan ilə birlikdə romana 40 bölüm daha əlavə etdi.[2]
Qırmızı teremdə yuxu | |
---|---|
紅樓夢 | |
| |
Müəllif | Tsao Syuetsin |
Janr | Ailəvi salnamə |
Orijinalın dili | Çin dili |
Ölkə | Çin |
Orijinalın nəşr ili | 1763-1791 illər |
Növ | Roman |
Vikianbarda əlaqəli mediafayllar |
Qırmızı teremdə yuxu yarı-avtobioqrafiya növündə yazılmış bir romandır. Tzao Syuetsinin öz ailəsinin və eyni zamanda Tzin sülaləsinin yüksəlişini və çöküşünü anladır. Yazıçının ilk bölümdə anlatdığına görə gəncliyində tanış olduğu qadınlara, qohumlara və xidmətçilərinə həsr edilmiş bir xatirədir. Kitap çox geniş qəhrəman heyəti və buna bağlı psixolojik ölçüsünün yanında 18-ci əsrin Çin atistokratiyasının sosial quruluşunun ətraflı bir analizi olması baxımından da vacibdir.[3]