Re: Cutie Honey
From Wikipedia, the free encyclopedia
Re: Cutie Honey (Re:キューティーハニー, Ri Kyuti Hani?) — 2004-cü ildə çəkilmiş tokusatsu filmi "Kyuti Hani", eləcə də Qo Naqay tərəfindən 1970-ci illərdə hazırlanmış "Cutie Honey" manqası əsasından çəkilmiş 3 seriyadan ibarət anime OVA. Anime serialı Gainax və Toei Animation-un birgə əməkdaşlığı ilə çəkilmiş, rejissoru Hideaki Anno olmuş və 2004-cü ildə Animax peyk televiziyası vasitəsilə yayımlanmışdır. Animenin ilk seriyası filmin göstərilməsindən 2 ay sonra ekranlara buraxılmışdır.[1] Hər seriya üçün DVD adaptasiya hazırlanıb buraxılmışdır (ilki 21 sentyabr 2004-cü ildə).[2] Anime serialı manqa ilə eyni hekayəni bölüşür, amma manqadan fərqli olaraq çılpaqlığa və əlavə personajlara yer verilmişdir.[3]
Cəld faktlar キューティーハニー(Ri Kyuti Hani), Janr ...
Re: Cutie Honey | |
Re: Cutie Honey DVD-sinin üzlüyü. | |
キューティーハニー (Ri Kyuti Hani) | |
---|---|
Janr | Döyüş, macəra, maho-şoco, yuri |
Anime | |
Rejissor | Hideaki Anno Tadaşi Hiramatsu Hiroyuki İmaişi Masayuki Naoyuki İto |
Ssenarist | Koyçi Taki Kazumi Nakaşima Takeo Kasay |
Bəstəkar | Susuma Ueda |
Studiya | Gainax, Toei Animation |
Kanal | Animax |
Buraxılış tarixi | 24 iyul (DVD: 21 sentyabr) 2004 – 25 sentyabr (DVD: 21 dekabr) 2004 |
Vaxt | 45 dəq. |
Seriyalar | 3 |
Anime və manqa portalı |
Bağla