Britaniyalı siyasətçi, Birləşmiş Krallığının baş naziri From Wikipedia, the free encyclopedia
Rişi Sunak (ing. Rishi Sunak; 12 may 1980, Sauthempton, Hempşir qraflığı[d][1]) — Britaniya dövlət və siyasət xadimi. 25 oktyabr 2022-ci ildən Birləşmiş Krallığın baş naziri, 24 oktyabr 2022-ci ildən Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri.
Rişi Sunak | |
---|---|
ing. Rishi Sunak | |
Vəzifədədir | |
25 oktyabr 2022-ci ildən | |
Monarx | III Çarlz |
Əvvəlki | Liz Trass |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 may 1980 (44 yaş) |
Doğum yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Uşağı | 2 |
Dini | hinduizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət və siyasi sistemi, Maliyyə |
rishisunak.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Britaniya tarixində Hindistan əsilli ilk baş nazir olmuşdur.[4]
Rişi Sunak 12 may 1980-ci ildə Sauthemptonda anadan olmuşdur. Onun atası dövlət səhiyyə sistemində ümumi praktik həkim olan Yaşvir Sunak, anası isə əczaçı Uşi Sunakın. Sunakın valideynləri pəncablı hindulardır və Şərqi Afrikadan Britaniyaya köçmüşdülər. Odur ki, onların valideynləri müstəmləkə dövründə Hindistandan Afrikaya köçmüşdülər.[5]
Sunak orta təhsilini nüfuzlu özəl məktəb olan Vinçester Kollecində almışdır.[6] O, 2001-ci ildə Oksford Universitetinin Linkoln Kollecini bitirmiş, burada fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil almışdır.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.