Roma Respublikası (1798–1799)
1798–1799 / From Wikipedia, the free encyclopedia
Roma Respublikası (it. Repubblica Romana) — İtaliyada 15 fevral 1798-ci ildə Lui Aleksandr Bertyenin komandanlığı altında Fransa Respublikası qoşunlarının işğalı nəticəsində elan edilmiş dövlət.[1] Roma Respublikası Fransanın peyk dövləti idi və Fransa Direktoriyası tərəfindən idarə olunurdu. Papa dövlətlərinin ərazilərindən formalaşmışdır.[2] Papa VI Piy Fransaya sürgün edilmiş və 1799-cu ildə orada vəfat etmişdir. Roma Respublikası yarandıqdan dərhal sonra Papa dövlətləri ərazisində yaranmış digər iki dövlətin, Tiberin Respublikası və Ankonit Respublikasının nəzarətini öz üzərinə götürmüşdür. Roma Respublikası 1799-cu ilin oktyabrında Neapol krallığının qoşunlarının Papa dövlətlərini bərpa etməsindən sonra ləğv edilmişdır.[3]
Cəld faktlar Paytaxt, Rəsmi dilləri ...
Tarixi dövlət | |||||
Roma Respublikası | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Roma | ||||
Rəsmi dilləri | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla