Rominten meşəsi

From Wikipedia, the free encyclopedia

Rominten meşəsimap

Rominten meşəsi, Romniskaya puşça, Qırmızı meşə (alm. Rominter Heide, pol. Puszcza Romincka) — Rusiyanın Kalininqrad vilayətində, Nesterov rayonu ərazisində meşə. Meşənin kiçik hissəsi isə Polşa ərazisinə daxildir. Meşə kompleksinin ümumi sahəsi — təxminən 360 km²-dir. Ümumi ərazinin üçdə ikisi Rusiyaya məxsusdur. Polşaya məxsus Pominten meşə ərazisi qorunan ərazi statusuna malikdir. Rusiya ərazisində yerləşən meşə həm də Qırmızı meşə adı ilə tanınır. Ərazidə eyni adlı meşə təsərrüfatı və kənd yerləşir. Ərazidən ən böyük yaşayış məntəqəsi məhs — Krasnoles kəndidir[1]. Polşa ərazisində isə meşəyə ən yaxın yaşayış məntəqəsi Qoldap şəhəridir.

Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...
Rominten meşəsi
rus. Роминтенская пуща, pol. Puszcza Romincka
Thumb
Polşa ərazisində kəndlər arası meşə yolu
Ümumi məlumatlar
Sahəsi 36 000 ha
Yerləşməsi
54°22′17″ şm. e. 22°31′16″ ş. u.HGYO
Ölkə  Rusiya
Thumb
Rominten meşəsi
Rominten meşəsi
Thumb
Rominten meşəsi
Rominten meşəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Tevton ordeni zamanında meşə ov yeri kimi istifadə olunurdu. İldə bir və ya iki-üç dəfə, əsasən yay aylarında Tevton ordeni qrossmeysterləri öz qonaqları ilə birlikdə Rominten meşəsində böyük ova başlayardı. Ov bəzən həftələrcə davam edirdi. Digər vaxtlarda yerli əhaliyə meşədə ov etməyə icazə verilərdi. 1525-ci ildən isə aşağı təbəqənin meşədə ov etməsinə qadağa qoyuldu. 1739-cu ild prussiya kralının fərmanına əsasən meşə qorunmuş və ağac kəsimi qadağan olunmuşdur.

1890-cı ilin 23 sentyabrında Rominten meşəsinə kayzer II Vilhelm səfər etmiş və ərazi onun çox xoşuna gəlmişdir. Tezliklə II Vilhelm meşə ərazisində özünün ov rezidensiyasını inşa etdirmişdir.

Birinci Dünya müharibəsindən sonra Vilhelmin ov evi dövlətin əmlakı elan edildi. 30-cu illərdə ev turistlər üçün açıq elan edildi.

İkinci Dünya müahribəsindın sonra meşə ərazisi Polşa və SSRİ arasında bölüşdürüldü. SSRİ-yə aid ərazidə oduncaq tədarük edən müəssisə yaradılmışdır. Sərhəd zonası olduğundan meşə ərazisində təsərrüfat işlərinə məhdudiyyət qoyulmuşdur.

Xarici keçidlər

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.