Salonqa Milli ParkıKonqo Demokratik Respublikasında yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Cəld faktlar Sahəsi, Yaradılma tarixi ...
Salonqa Milli Parkı
Thumb
Sahəsi
  • 3.600.000 ha
  • 36.000 km²
Yaradılma tarixi 1970
Yerləşməsi
 c. e. 21° ş. u.HGYO
Ölkə
salonga.org/fr/
Thumb
Salonqa Milli Parkı
Salonqa Milli Parkı
Rəsmi adıSalonga National Park
TipiTəbii
Kriteriya(vii), (ix)
Tarixi1984 (8-ci sessiya)
İstinad nöm.718
ÖlkəKonqo Demokratik Respublikası KDR
RegionAfrika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Haqqında

Konqo çayının əsas qolu üzərində yerləşən park çox təcrid olunmuş və kimsəsiz yerdədir və ancaq çay yoluyla ora getmək olar. Tamamilə tək olan parka demək olar ki, insan girməmişdir. 3,656,000 hektar sahəni əhatə edir. Salonqa Milli Parkı Afrikanın ən böyük yağış meşələrindən ibarət olub, çox nadir endemik heyvan növlərinə ev sahibliyi edir. Bu heyvanların arasında (bonobo) cücə şimpanzeləri, Konqo tovuz quşlarını, meşə fillərini və Afrika timsahlarını saya bilərik.

Milli Parkın əhatə etdiyi sahədə bir çox çay və qolları kəsişir və çay terrasları və platoları əmələ gətirir. Cücə şimpanzelər yalnız buradakı vəhşi təbiətdə yaşayırlar. Bu şimpanzelər məşhur olan digər şimpanzelərdən yalnız 0.4% gen fərqinə malikdir. Konqo çayının təbii quruluşunun bu xüsusi şimpanzelərin bu bölgədə yaşamasına əlverişli olduğu düşünülür. Bu şimpanzelər yaxşı üzgüçü deyillər. Bu gün bu şimpanzelərin sayı 29.500-50.000-dir.

Salonqa Milli Park Təhlükədəki Dünya irsləri Siyahısına 1999-ci ildə Konqo Demokratik Respublikasındakı qeyri-sabit siyasət və qaçaq ovçuluq səbəbindən girmişdir.[1]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.