Sasaki Takatsuna (佐々木 高綱?, 11608 dekabr 1214)Kamakura dövründə yaşamış Yaponiya döyüşçüsü.[1] Qenpey müharibəsində iştirak etmişdir.[1]

Cəld faktlar Doğum tarixi, Vəfat tarixi ...
Sasaki Takatsuna
yap. 佐々木高綱
Thumb
Doğum tarixi 1160
Vəfat tarixi 8 dekabr 1214(1214-12-08)
Fəaliyyəti Samuray
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Sasaki Takatsuna 1160-cı ildə doğulmuşdur.[1] Ana tərəfindən Minamoto no Tameyoşinin nəvəsi idi.[1] Ailəsi 1159-60-cı illərdə baş vermiş Henci insidenti zamanı məhv edilmişdir.[1] Takatsuna kiçik uşaq olduğu üçün yaşamasına icazə verilmiş və Kiotodakı xalasının yanına göndərilmişdir.[1]

Takatsuna 1180-ci ildə Yaponiyanın şərqində ordu toplayaraq Tayra ailəsinə qarşı döyüşməyə hazırlaşan Minamoto no Yoritomoya qoşulmuşdur.[1] O, İşibaşiyama döyüşündə Yoritomonun həyatını xilas etmişdir.[1] O, Minamoto no Yoşitsuneyə kömək edərək Tayra ailəsinin məhv edilməsində iştirak etmişdir.[1] Göstərdiyi xidmətlərə Takatsuna Naqato əyalətinin[lower-alpha 1] şuqosu təyin edilmişdir.[1] Deyilənə görə Takatsuna 1195-ci ildə titulunu və mülklərini oğluna etibar edərək Koya dağında Şinqon keşişi olmuşdur.[1]

1184-cü ildə döyüşdən öncə Kacivara Kaqesueyə qarşı Uci çayı boyunca etdiyi at yarışı Yaponiyada populyar hekayələrdən birinə çevrilmiş, müharibə incəsənətinin mövzularından biri olmuşdur.[1]

Qeydlər

İstinadlar

Ədəbiyyat

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.