Seylor Yupiter
From Wikipedia, the free encyclopedia
Seylor Yupiter (セーラージュピター, Sērā Jupitā?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Makoto Kinodur. (木野 まこと, Kino Makoto?) Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.
Seylor Yupiter | |
---|---|
Seylor Yupiter "Sailor Moon Crystal" animesindən. | |
Franşiz(lər) | "Seylor Mun" |
Yayın tarixi | "Seylor Mun" #5: "Makoto — Seylor Yupiter" (1992) |
Yaradan | Naoko Takeuçi |
Manqada | var |
Animedə | var |
Profil | |
Əsl adı | Makoto Kino |
İngilis versiyası | Lita Kino |
Növü | insan |
Cinsi | qadın |
Doğum tarixi | 5 dekabr 1978 (Oxatan) (manqa)[1] |
Yaşı | 14-16 |
Boyu | 168 sm[2] |
Qan qrupu | 0(I) |
Ləqəb(lər)i | Şahzadə Yupiter |
Komandaları | Seylor döyüşçüləri, Kölgə Qalaktika |
Gücləri | elektriki idarə etmək, manipulyasiya etmək, bəzi bitki növlərini idarə etmək |
Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur.[3][4] Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir.
Seylor Yupiter ilk dəfə manqanın 5-ci aktında, orijinal animenin 25-ci seriyasında, ikinci animenin ("Sailor Moon Crystal") 5-ci seriyasında görünmüşdür.[5] Bir çox videooyunda yer almışdır. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır.