Skumbriyalar
From Wikipedia, the free encyclopedia
Skumbriyalar (lat. Scombridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Skumbriyalar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Ranqsız: Acanthomorpha Dəstəüstü: Acanthopterygii Klad: Percomorpha Dəstə: Yarımdəstə: Scombroidei Fəsilə: Skumbriyalar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Fəsiləyə 15 cinsə aid 51 növ daxildir.
Fəsilənin özünəməxsus xüsusiyyəti gözün ətrafında sümüklü halqanın olmasıdır. Skumbrların hər biri kürəyindəki xüsusi şırıma yerləşə bilən iki kürək üzgəci olur. Arxa üzgəci möhkəm olub, geniş haçalanmış şəkildədir. Skumbrlarda ya sikloid pulcuqları ya olmur, ya da cüzi olur.
Fəsiləyə aid növlərin uzunluğu 20 sm-lə 4,5 m arasında dəyişir. Sonuncu rekord uzunluq Cənub göy tunesinə (Thunnus maccoyii) məxsusdur. Skumbrlar açıq dənizdə qidalanan yırtıcı balıqlardır. Ov zamanı onlar böyük sürət yığa bilirlər. Onlar kürülərini sahilə yaxın yerlərdə tökürlər. Skumbrların bəzi növlərinin bədən temperaturu ətrafındakı suyun temperaturundan çox olur.