Sofokl (təq. e.ə. 496[1], Kolon[d][2][3]e.ə. 406[1], Afina[1]) — antik yunan dramaturqu. O, üç böyük yunan faciə yazıçılarından biridir. Digərləri Esxil, Evripid olmuşdur. Sofokl e.ə. 496-cı ildə Afina yaxınlığında Kolonda anadan olmuşdur. Varlı bir ailədən olduğu üçün yaxşı təhsil almış və o dövr üçün mühüm olan musiqi sənətinə də yiyələnmişdir. Sofokl dramaturgiya sahəsinə yeniliklər gətirmiş: xoru ixtisar etmiş; aktyorların əhəmiyyətini artırmış; mükəmməl bədii kompozisiya yaratmışdır. Onun 123 əsəri olduğunu deyirlər. Bunlrdan dövrümüzə tam şəkildə 7 pyes çatmışdır: Tiran Edip, Edip Kolonda, Antiqona, Elektra, Ayaks, Filoktet, Traxinya qadınları. Sonralar İz izləyənlər və Proqona adlı əsərlərdən parçalar tapılmışdır.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Sofokl
q.yun. Σοφοκλῆς
Doğum tarixi təq. e.ə. 496[1]
Doğum yeri
Vəfat tarixi e.ə. 406[1]
Vəfat yeri
Fəaliyyəti faciə yazıçısı[d], dramaturq, yazıçı
Əsərlərinin dili qədim yunan dili
Tanınmış əsərləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Aforizmlər

  • Şübhə insanı yorur.
  • Dünyanı o qədər çəhrayı görən gözlərin, çox keçmədən, qaranlıqdan başqa bir şey görə bilməyəcək.
  • Bilmirəm. Bilmədiyim mövzularda susmağı üstün tuturam.
  • Ən fəlakətli hadisələrdən uğurlu nəticələr doğa bilər.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.