Solomiya Kruşelnitska
Ukrayna opera müğənnisi / From Wikipedia, the free encyclopedia
Salome (və ya Solomiya[5]) Amvrosiyevna Kruşelnitska (ukr. Соломія Амвросіївна Крушельницька; 23 sentyabr 1872[1][2] – 16 noyabr 1952[3], Lvov[3]) — Ukrayna opera müğənnisi, müəllim. Ukrayna SSR əməkdar incəsənət xadimi (1951).[6]
Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Solomiya Kruşelnitska | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 sentyabr 1872(1872-09-23)[1][2] |
Vəfat tarixi | 16 noyabr 1952(1952-11-16)[3] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, musiqi pedaqoqu[d] |
Janr | opera |
Səs tembri | soprano |
Mükafatları | |
salomeamuseum.lviv.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Həyatı boyu Solomiya Kruşelnitska dünyanın ən görkəmli müğənnisi kimi tanınıb. Onun çoxsaylı mükafatları və fərqlənmələri arasında, xüsusən də XX əsrin "Vaqnerin divası" adı da var. Onunla eyni səhnədə oxumaq Enriko Karuzo, Titta Ruffo, Fyodor Şalyapin üçün şərəf sayılırdı. İtalyan bəstəkarı Cakomo Puççini müğənniyə "Ən gözəl və füsunkar Kəpənək (Madam Batterflay)" yazısı olan portretini hədiyyə edib.[7]
Solomiya Kruşelnitska qədim və müasir Ukraynanın ən məşhur qadınları siyahısına daxil edilib.[8]