From Wikipedia, the free encyclopedia
Solveyk Qunberq Yakobsen (norv. Solveig Gunbjørg Jacobsen; 8 oktyabr 1913 — 25 oktyabr 1996)[1] — milliyyətçə norveçlı olan, 1913-ci ilin 8 oktyabrında Antarktika ərazisinə daxil olan Cənubi Georgiya[2] adasında, Qryotviken qəsəbəsində anadan olmuşdur. Onun atası Fridzof Yakobsen (1874-1953) 1904-cü ildə Balina ovu üzrə ixtisaslaşmış Qryotvikenə gəlmişdir (qəsəbə salınmış). Bu balina stansiyasında 1914-çü ildən balina stansiyasında menecer köməkçisi işləyirdi. Anası isə Klara Olette Yakobsendir. Solveyk Qunberq Yakobsen Argentinanın Buenos Ayres şəhərində həyatını başa vurmuşdur.
Solveyk Qunberq Yakobsen | |
---|---|
Solveig Gunbjørg Jacobsen | |
Doğum tarixi | |
Doğum yeri | Qryotviken |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Buenos Ayres |
Atası | Fridzof Yakobsen |
Anası | Klara Olette Yakobsen |
Milliyyəti | Norveçli |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d] |
Vinson Massivində yerləşən Yakobsen Valleu onun şərəfinə adlandırılmışdır.
Solveyk Qunberq Yakobsen Antartikada doğulan ilk insan kimi qeydə alınsada bəzi hallarda Cənubi Georgiya adası Antarktida qitəsinə daxil edilmir. Antarktida materikində doğulan ilk bəşər övladı isə Argentina vətəndaşı Emilio Markos Palma olmuşdur. O, 1978-ci ilin 7 yanvar tarixində Esperansa qütb stansiyasında anadan olmuşdur. Bu günda Cənub qütbünə ən yaxın yerdə doğulan insan kimi tanınır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.