Solğun Mavi Nöqtə
From Wikipedia, the free encyclopedia
Solğun Mavi Nöqtə — 14 fevral 1990-cı ildə Voyacer 1 kosmik zondu tərəfindən rekord məsafədən təqribən 6 milyard kilometrdən (3.7 milyard mil, 40.5 a.v.) çəkilən Yer planetinin fotoşəkilidir, bu fotoşəkil Günəş sisteminin "Ailə albomu"-na daxil olan şəkillərdəndir. Fotoşəkildə Yerin görünən ölçüsü bir pikseldən azdır; planet kamera tərəfindən əks olunan Günəş işığı zolaqları arasında kosmosun sonsuzluğunda kiçik tənha nöqtə formasında görünür.[1]
İlkin missiyasını tamamlayan və Günəş Sistemini tərk etməkdə olan Voyacer 1 kosmik gəmisinə, NASA tərəfindən astronom və yazıçı Karl Saqanın xahişi ilə kamerasını döndərməsi və Yer kürəsinin son bir şəklini çəkməsi əmri göndərildi.[2] "Solğun mavi nöqtə" termini Karl Sagan tərəfindən fotoşəkilin əhəmiyyətini əks etdirən eyni adlı kitabda qeyd olunmuşdur.[1]
"Solğun Mavi Nöqtə", Karl Saqanın bu fotodan ilham alaraq 1994-cü ildə yazdığı kitabının da adıdır. Fotoşəkil, 2001-ci ildə space.com tərəfindən ən yaxşı on kosmos fotoşəkilindən biri seçilmişdir.