Spartalı Xilon (təq. e.ə. 600, Sparta, Peloponnestəq. e.ə. 520) — Yunanıstanın yeddi müdriyindən biri. Spartalı Damaetin oğlu.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Spartalı Xilon
Xilon
Thumb
Doğum tarixi təq. e.ə. 600
Doğum yeri
Vəfat tarixi təq. e.ə. 520
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Spartada efor seçilərkən (beş ali vəzifə sahibindən biri) qardaşının paxıllıqdan - niyə səni seçirlər, məni yox? - sualına Xilon belə cavab vermişdir: - Ona görə ki, mən ədalətsizliyə dözə bilirəm, sən isə yox.[1]

Həyatı

Həyatı haqqında məlumat çox azdır. Eforlar həm də hakim kimi məhkəmə işlərinə baxdıqlarına görə qoca yaşlarında Xilondan soruşulanda ki, -ədalətsiz hökm çıxarıbmı? Xilon cavab vermişdir ki, -yalnız bircə hökmünə görə şübhə içindədir, bilmir ki haqlıdı ya haqsız. Həmin məhkəmə zamanı Xilon bir dostunun işinə baxırmış. Xilon onu qanun üzrə məhkum etmiş, ancaq efor dostundan xahiş etmişdir ki, hökmü dəyişib bəraətlə əvəz etsin və buna nail olmuşdur. Beləliklə o həm qanuna həm də dostluğa sadiq qalmışdır.

Vəfatı

Xilon qoca yaşlarında vəfat etmişdir, özü də Olimpiya oyunları zamanı oğlunun yumruq savaşında qalib gəldiyini görərkən Diagenin yazdığı kimi sevincdən və qocalıq zəyifliyindən keçinmişdir.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.