Spayk Şpigel
From Wikipedia, the free encyclopedia
Spayk Şpigel (スパイク・スピーゲル, Supaiku Supīgeru?) — 1998-ci ildə yaranan Cowboy Bebop anime seriyasının əsas personajı. Spayk cinayət təşkilatı olan Qırmızı Əjdaha Sindikatının keçmiş üzvüdür, hansı ki, Culia adlı qadını sevəndən sonra öz ölümünü saxtalaşdırır. O, ilk olaraq Bebop kosmik gəmisinin kapitanı, Cet Blekin ortağı kimi təqdim olunur: hər ikisi leqallaşdırılmış kəllə ovçuları kimi cinayətkarları Günəş sistemində məskunlaşan aləmlərə səyahət edirlər. Bebopda idarə sərgüzəştləri ərzində, O, sindikat rəqibi olan Vişez ilə acı ədavət yaşayır, hansı ki, onu öldürmək istəyir.
Spayk Şpigel | |
---|---|
Cowboy Bebop animesindən. | |
Franşiz(lər) | "Cowboy Bebop" |
Yayın tarixi | "Asteroid Blyuz" (1998) |
Yaradan | Hacime Yatate, Toşihiro Kavamoto |
Səsləndirən | Koiçi Yamadera, Stiv Blum |
Manqada | Var |
Animedə | Var |
Profil | |
İngilis versiyası | Spike Spiegel |
Növü | İnsan |
Cinsi | Kişi |
Doğum tarixi | 26 iyun 2044 (Xərçəng) (manqa)[1] |
Yaşı | 27 |
Boyu | 185 sm[1] |
Qan qrupu | O- (I) |
Ləqəb(lər)i | Üzən quş |
Spayk Hacime Yatate istehsal müəssisənin hissəsi olaraq, Şiniciro Vatanabe və Toşihiro Kavamoto tərəfindən yaradılmışdır. Vatanabenin güzgü görüntüsü kimi yaradılan və Yusaku Matsudanın Tantei Montogarinin personajı üzərində qurulan Spayk, digərlərinin onun göstərişlərinin yerinə yetirməsi kimi yaradılmışdır. Kavamoto qəsdən tamaşaçılar üçün əks effekt yaratmaq üçün onu "soyuqqansız" görünüşlü kimi hazırlamışdır. Onun Vişezlə yekun qarşıdurması əvvəlcədən planlaşdırılmışdır. Onun sonrakı filmdə adaptasiyası, Spaykın yumşaq tərəfini və daxili fikirlərini göstərirdi. Spayk yapon dilində Koiçi Yamadera tərəfindən səsləndirilmişdir. İngilis dili variantında, Spaykı Stiv Blum səsləndirib.
Seriyadan əlavə, Spayk iki manqa adaptasiyasının və iki video oyunun əsas qəhrəmanıdır. Spaykın qəbulu Yaponiyada və Qərbdə müsbət qarşılanıb və bir çox rəyçilər onun görünüşünü tərifləmişdilər. O, bir çox oxucu və tənqidçi siyahısında ən yaxşı anime personajı kimi sıralanmışdır. Seriyadan əlavə, bir çox rəyçilər Spaykın Cowboy Bebop filmində daha da müsbət qeyd etmişdilər. Hər iki aktyor öz çıxışlarına görə tərif edilmiş, Stiv Blum onun səs aktyor karyerasına təkan verdiyini qeyd etmişdir.