From Wikipedia, the free encyclopedia
Subtitr (fr. sous-titres - imza) — videonu onun orijinal dilində və ya tərcümə olunmuş başqa dildə müşayiət edən alt yazı. Adətən eşitmə problemləri olan, yaxud başqa dildə çətin anlayan və ya heç anlamayan şəxslər üçün nəzərdə tutulur. Subtitrdə adətən kadrdakı personajların danışıqları və ya kadrarxası mətn, bəzən isə əlavə şərhlər göstərilir. Subtitr ekranın alt hissəsində orta ölçülü şriftlə yazılır.
Subtitr ilk olaraq səsli kinematoqrafda beynəlxalq film mübadiləsi üçün yaranıb. Subtitrin mətnində adətən xarici dildə ifa olunan mahnıların sözləri yer alırdı[1]. Bəzi hallarda subtitrlər filmin bütün səsləndirməsinin tərcüməsini göstərmək üçün istifadə edilirdi. Səssiz filmlərdəki ayrı-ayrı montaj olunmuş kadrlardan ibarət intertitrlərdən fərqli olaraq, subtitrlər ekranda təsvirlə eyni vaxtda görünməlidir. XX əsrin sonlarına qədər istifadə edilən klassik "optik" kino texnologiyasında subtitrlər hazır filmin yaradılması prosesini mürəkkəbləşdirirdi.[2][1][2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.