Azərbaycan Premyer liqasında iştirak edən peşəkar futbol klubu From Wikipedia, the free encyclopedia
Sumqayıt FK — və ya digər adı ilə Sumqayıt Futbol Klubu. Azərbaycan Premyer Liqasında Sumqayıt şəhərini təmsil edən peşəkar futbol klubudur.
Sumqayıt FK | |||
---|---|---|---|
Ölkə | |||
Ləqəb(lər) | Kimyaçılar | ||
Rəng(lər) | bənövşəyi-qırmızı | ||
Yaranma tarixi | 2010 ) | ||
Stadionu | Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu | ||
Tutumu | 15.500 | ||
Prezidenti | Riad Rəfiyev | ||
Baş məşqçisi | Samir Abbasov | ||
Liqa | Azərbaycan Premyer Liqası | ||
2023-24 | 4 | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Sumqayıt futbol klubu 2010-cu ildə yaranıb. Həmin mövsüm komanda Azərbaycan Birinci Liqasında mübarizə aparır və 3-cü yeri tutur. Klubun maliyyə stabilliyini və güclülər dəstəsində iştirak etməsi ilə bağlı müraciətini nəzərə alan PFL rəhbərliyi bunu müsbət qarşılayıb. Buna əsas səbəb I divizionda 2010/2011 mövsümün yekunlarına əsasən, 1-ci yerin sahibi kimi Premyer Liqaya vəsiqə qazanan "Abşeron"un maliyyə problemləri ilə əlaqədar olaraq iştirakdan imtina etməsi olmuşdur. Bundan sonra "Sumqayıt Şəhər" klubu bütün hüquqi sənədləri həll edərək, yeni mövsümdən yüksək liqada mübarizə aparacaq. Bununla əlaqədar klub maliyyə məsələlərini həll etmək üçün "Azərkimya" İstehsalat Birliyi ilə sponsorluq müqaviləsi imzalanıb[1]. 09 mart 2018-ci il tarixindən etibarən Müşahidə Şurasının qərarına əsasən Riad Rəfiyev klubun prezidenti təyin olunub.
2011/12 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" klubunun baş məşqçisi Samir Abbasovdur. Ona Seymur Rəhimov,Vəfadar Quliyev və Mübariz Orucov kömək edirlər. [2]
"Sumqayıt" FK tarixi ərzində 3 dəfə avrokuboklarda iştirak edib.
31 iyul 2024-cü il tarixində olan məlumat:
Mövsüm | Turnir | Mərhələ | Rəqib | Ev | Səfər | Nəticə | |
---|---|---|---|---|---|---|---|
2020–21 | UEFA Avropa Liqası | I təsnifat mərhələsi | Şkendiya | 0–2 | 0–2 | ||
2021–22 | UEFA Konfrans Liqası | II təsnifat mərhələsi | Çukariçki | 0-2 | 0-0 | 0–2 | |
2024–25 | UEFA Konfrans Liqası | II təsnifat mərhələsi | Fehervar | 1-2 | 0-0 | 1-2 | |
31 iyul 2024-cü il tarixinə olan məlumat:
Sıra | Turnir | O | Q | H | M | Qollar |
---|---|---|---|---|---|---|
1 | UEFA Çempionlar Liqası | 0 | 0 | 0 | 0 | 0–0 |
2 | UEFA Kuboku / UEFA Avropa Liqası | 1 | 0 | 0 | 1 | 0–2 |
3 | UEFA Konfrans Liqası | 4 | 0 | 2 | 2 | 1–4 |
4 | UEFA Kuboklar Kuboku | 0 | 0 | 0 | 0 | 0–0 |
5 | UEFA İntertoto Kuboku | 0 | 0 | 0 | 0 | 0–0 |
- | Cəmi | 5 | 0 | 2 | 3 | 1–6 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.