Sundalılar
İndoneziyanın ikinci etnik qrupu / From Wikipedia, the free encyclopedia
Sunda (sunda. ᮅᮛᮀ ᮞᮥᮔ᮪ᮓ, Urang Sunda) — İndoneziyanın Yava adasının qərb hissəsində avstraneziyalı yerli etnik qrup. Onlar təxminən 40-42 milyondur və qonşu yavalılardan sonra sayına görə İndoneziyanın ikinci etnik qrupudur. Sundalılar öz dilində özlərini Urang Sunda (Sunda xalqı) adlandırırlar. Orang Sunda və ya Suku Sunda İndoneziya dilində ekvivalentidir.
Sundalı bəy və gəlinin yeni ənənəvi milli toy geyimində | |||||||||||||||||||||
Ümumi sayı | |||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
42 000 000 | |||||||||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||||||||
| |||||||||||||||||||||
Dili | |||||||||||||||||||||
Sunda dili (Baduy-Bante), cirebon və İndoneziya dili | |||||||||||||||||||||
Dini | |||||||||||||||||||||
İslam (əksəriyyəti Şafi məzhəbindən olan sünni), məzhəbi olmayan müsəlmanlar, protestant və roman-katolik xristianlar, Sunda Vivitan dinindən olanlar, hinduistlər | |||||||||||||||||||||
Qohum xalqlar | |||||||||||||||||||||
Baduylar, bantenlər, banyumasanlar, betavilər, cirebonlar, yavalılar, balililər |
Sundalılar ənənəvi olaraq Qərbi Yava, Banten, Cakarta və Mərkəzi Yavanın qərb hissələrində cəmlənmişdir. Sundalı miqrantlar Lampunq və Cənubi Sumatra və Mərkəzi Yava və Şərqi Yavada daha az təsadüf olunur.