Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi
From Wikipedia, the free encyclopedia
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi (1697–1701) — 1697-ci ilin 26 martı ilə 1701-ci ilin 9 martı arasında baş vermişdir. Bu ikinci hadisə idi ki, İran körfəzində vacib şəhər Səfəvi imperiyasının əlinə keçirdi.
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi | |||
---|---|---|---|
Tarix | 1697–1701 | ||
Yeri | Bəsrə (müasir İraqın cənubu) | ||
Nəticəsi | Səfəvi imperiyası şəhəri ələ keçirsə də, 1701-ci ildə şəhəri Osmanlı ordusuna döyüşsüz təhvil verdi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Bəsrə müasir İraq ərazisində yerləşməkdədir və 1697-ci ilə qədər 1508-ci ildən 1524-cü ilə qədər Səfəvi imperiyasının əlində olmuşdu. Bu şəhər 1524-cü ildə Şah İsmayılın ölümündən sonra itirilmişdi. Bundan sonrakı dövr ərzində Səfəvi imperiyasının rəqibi Osmanlı imperiyası bölgə üzərində nominal da olsa, öz hakimiyyətini qurmağı bacarmışdı. Faktiki olaraq isə, hakimiyyət ərəb Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan Əl-Muğamis tayfasının əlində qalmaqda idi. 1596-cı ildə Bəsrənin Osmanlı hakimi Əli paşa öz vəzifəsini yerli əyanlardan olan Əfrasiyaba pul müqabilində satdı. Bundan sonrakı 70 il ərzində Bəsrə Əfrasiyab və xələflərinin irsi hakimiyyəti altında olan əyalət statusu ilə Osmanlı imperiyasının tərkibində qaldı.
Səfəvi imperiyasının Bəsrəni geri qaytarmaq üçün 1624, 1625 və 1628–1629-cu illərdəki cəhdləri portuqaliyalıların müdaxiləsi, digər cəbhələrdə yaranmış çətin şərait və nəhayət I Abbasın ölümünə görə uğursuzluqla nəticələnir. Bəsrə coğrafi və iqtisadi səbəblərə görə Səfəvilərə doğru yuvarlanmaqda davam edirdi. Bəsrə hakimlərinin Osmanlı ali hakimiyyəti ilə olan gərgin münasibətləri, həcc ziyarəti ilə bağlı olan məsələlər və Osmanlı hakimiyyətindəki İraqın cənubundakı üsyanlar Səfəviləri bu regiona, yəni cənubi İraqa müdaxilə etməyə sövq edirdi. Səfəvilər I Süleymanın (1666–1694) hakimiyyəti dövründə bu regionu ələ keçirmək üçün yaxşı fürsət ələ keçirsə də, bunun üçün hərəkət etmədilər. Məsələn, 1667-ci ildə Osmanlı ordusu Bəsrənin Əfrasiyablar sülaləsindən olan hakimi Hüseyn paşanı cəzalandırmaq üçün yürüşə başladığında, Hüseyn paşa əhalini Səfəvi torpaqlarına köçürmüş, həmçinin şəhəri Səfəvi hakimiyyətinə təklif etmişdi. Lakin I Süleyman Osmanlı imperiyası ilə müharibə və ya düşmənçilik istəmədiyi üçün bu təklifi cavabsız qoymuşdu.
1690-cı ildə vəba və qıtlığa görə cənubi İraqdakı Muntafiq tayfası mənsubları arasında hakimiyyətdən olan narazılıq daha da artdı. 1695-ci ildə yerli ərəb şeyxi Şeyx Mane ibn Muğamiş öz tayfadaşlarını Osmanlı hakimiyyətinə qarşı üsyana sövq etdi. Şeyx Mane və onun adamları 5 min nəfərlik Moşaşa tayfası döyüşçüsü ilə şəhərin nəzarətini ələ keçirdilər. Moşaşalar şiə məzhəbində olan ərəb tayfalarından idilər. 1697-ci ildə Səfəvi Ərəbistanının bəylərbəyi olan Fərəcullah xana sadiq olan Moşaşa tayfası üzvləri Şeyx Manenin qüvvələrini məğlub etdilər və onları şəhərdən qovdular. Səfəvi Ərəbistanının bəylərbəyi başa düşdü ki, Şex Mane və dəstəkçiləri Bəsrəni ələ keçirdikdən sonra Səfəvi əyalətinin paytaxtı hesab edilən Huveyzəyə hücum edəcəklər. Buna görə də, Səfəvi şahı Şah Sultan Hüseynin (1694–17022) hakimiyyətində olan Səfəvi dövlət aparatı Əlimərdan xanın komandanlığı altında Bəsrəyə ordu göndərdi. 26 mart 1697-ci ildə Səfəvi hakimiyyətinin göndərdiyi ordu şəhərə nəzarəti ələ keçirdi. Lakin, Səfəvi hakimiyyəti öz ordularının pisləşən vəziyyətindən xəbərdar idilər və buna görə də, Osmanlı imperiyası ilə müharibənin başlanmasından çəkinirdilər. Üstəlik Bəsrədəki Səfəvi ordusuna Şeyx Manenin dəstələrinin təzyiqləri də artmaqda idi. Bütün bunları nəzərə aldıqdan sonra, Səfəvi hakimiyyəti Bəsrəni Osmanlı hakimiyyəti altına geri vermək qərarına gəldi. 9 art 1701-ci ildə Səfəvi ordusu Bəsrədən çıxdı və 10 martda şəhərə yenidən Osmanlı ordusu daxil oldu.