İraq
Yaxın Şərqdə dövlət / From Wikipedia, the free encyclopedia
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir. İraq Yaxın Şərqdə strateji mövqeyi, sahib olduğu neft ehtiyatları və əkinçiliyə əlverişli torpaqları ilə bölgənin geopolitik əhəmiyyətə malik ölkələrindən biridir. İraq Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük ikinci neft ehtiyatına malikdir.
İraq | |||||
---|---|---|---|---|---|
ərəb. جمهوریة العراق kürd. کۆماری عێراق | |||||
| |||||
Tarixi | |||||
• İraq Krallığı | 3 oktyabr 1932 | ||||
• Respublikanın yaranması | 14 iyul 1958 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Bağdad | ||||
İdarəetmə forması | Federativ respublika | ||||
Baş nazir | Mustafa Əl-Kazımi | ||||
Sahəsi | Dünyada 58-ci | ||||
• Ümumi | 435,052 km² | ||||
• Su sahəsi (%) | 1.1 | ||||
Əhalisi | |||||
• Əhali | 36 004 552 nəfər (45-ci) | ||||
• Sıxlıq | 82,7 nəf./km² (125-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 733.926$ dollar (34-cü) | ||||
• Adambaşına | 17.952$ dollar (76-cı) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2019) | 250.070$ dollar (48-ci) | ||||
• Adambaşına | 6.116$ dollar (97-ci) | ||||
İİİ (2017) | 0.685 (azalış; 120-ci) | ||||
Valyuta | İraq dinarı | ||||
İnternet domeni | .iq | ||||
ISO kodu | IQ | ||||
BOK kodu | IRQ | ||||
Telefon kodu | +964 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İraq uzun illər Böyük Britaniya tərəfindən idarə edilmiş, Böyük Britaniyanın Yaxın Şərqdən tamamilə çəkilməsindən sonra bölgə üzərində əsas güc rolunu ABŞ oynamağa başlamışdır.