Türkan Şoray
Türk aktrisası / From Wikipedia, the free encyclopedia
Türkan Şoray (28 iyun 1945, Əyyubsultan) — türk kinoaktrisası, ssenarist və rejissor.[1][2] Yeşilçamın ən önəmli simalarından biri. Qərb ölkələrində Türkan Şoray Şərqin "Elizabet Teylor"u adlandırılır. O, həmçinin Türkiyə kinosunun "Sultanı" kimi də tanınır.[3] Karyerasına 1960-cı ildə başlamış və "Acı Həyat" filmi ilə 1-ci Antalya Qızıl Portağal kinofestivalında ən uğurlu aktrisa kimi ilk mükafatını qazanmışdır.[3] 222-dən çox filmdə rol alan Şoray, bütün dünya üzrə ən çox bədii filmdə rol ifa edən aktrisa kimi tarixə düşmüşdür.[4][5] 12 mart 2010-cu ildə Şoray UNICEF-in Türkiyədəki xoşməramlı səfiri seçilib. Bu barədə o belə fikir bildirib: "Məncə, sevgi ilə edilə bilməyəcək heç bir şey yoxdur. Gücü sevgi ilə birləşdirsək, bir çox problemin öhdəsindən gələ bilərik".[6]
Türkan Şoray | |
---|---|
türk. Türkân Şoray | |
Doğum tarixi | 28 iyun 1945(1945-06-28) (78 yaş) |
Doğum yeri | |
Milliyyəti | türk |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, kino aktrisası, aktrisa, ssenarist, müğənni |
Fəaliyyət illəri | 1960-cı ildən |
Mükafatları |
Antalya Qızıl Portağal kinofestivalı Ən yaxşı qadın roluna görə (1964, 1968, 1887, 1994) Kimi sahəsində xidmətlərinə görə (1996) |
IMDb | ID0814734 |
Vikianbarda əlaqəli mediafayllar |
Hülya Koçyiğit, Filiz Akın və Fatma Girik ilə birlikdə o, türk kinematoqrafiyasında qızıl dövrün simvoludur və türk kinosunun dörd ən mühüm aktrisasından biri kimi qəbul edilir.[7] Şorayın bu aktrisalardan üstünlüyü onun həm də rejissorluq etməsidir. O, "Dönüş" (1972),[8] "Əzab" (1973), "Bodrum Hâkimi" (1976), "İlanı Öldürsələr" (1981) və "Uzaqlarda" "Axtarma"(2015) filmlərini çəkmişdir.