From Wikipedia, the free encyclopedia
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir.
Tısbağa | |
---|---|
Təşkilat | |
Şərəfinə adlandırılıb | Tısbağalar |
İştirak etdiyi döyüşlər | |
Uzunluğu |
|
Su sıxışdırması | 2 m |
Vikianbarda əlaqəli mediafayllar |
Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi. Belə ki, bir nəfərdən ibarət olan kabində əyləşən şəxs bir tərəfdən pedalları çevirməklə sualtı qayğını hərəkətini təmin etməli, digər tərəfdən isə dəniz minasını gəminin alt hissəsinə bərkitməli idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.