Tağı Mürsəl oğlu Bədirov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yeyinti sənayesi naziri (1965–1972).

Cəld faktlar Azərbaycan SSR yeyinti sənayesi naziri, Əvvəlki ...
Tağı Bədirov
Thumb
bayraq
Azərbaycan SSR yeyinti sənayesi naziri
bayraq2
20 oktyabr 1965 22 avqust 1972
Əvvəlkivəzifə təsis edilib
SonrakıKamil Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi ?
Partiya ÜİK(b)P (1944)

Təltifləri "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı
Bağla

Həyatı

Tağı Bədirov 1907-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.[1]

1932-ci ildən Tağı Bədirov Dağıstan balıq trestində mühəndis, baş mexanik, baş mühəndis, trest müdirinin müavini vəzifələrində işləmişdir. 1954-cü ildən Azərbaycan balıq trestinin şöbə rəisi, Azərbaycan SSR Balıq Sənayesi Nazirliyi Donanma İdarəsinin rəisi, 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, sonra isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Yeyinti Sənayesi İdarəsinin rəisi olmuşdur. 1965–1972-ci illərdə Azərbaycan SSR yeyinti sənayesi naziri vəzifəsində çalışmışdır.[2]

Tağı Bədirov Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 7 və 8-ci çağırış deputatı seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.[2]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.