From Wikipedia, the free encyclopedia
Tarako[lower-alpha 1] (たらこ?, 17 dekabr 1960[1], Ota[d], Qunma prefekturası, Yaponiya – 4 mart 2024[2][3][…]) – Yaponiya seyyusu, aktrisası və müğənnisi. 1990–2024-cü illər ərzində "Chibi Maruko-chan" anime serialının baş qəhrəmanı olan Momoko Sakura personajını səsləndirməsinə görə tanınır.
17 dekabr 1960-cı ildə Yaponiyanın Qunma prefekturasında doğulmuşdur. Seyyu karyerasına 1981-ci ildə başlamışdır.[4] "Urusei Yatsura" onun seyyu kimi iştirak etdiyi ilk anime olmuşdur.[5]
1990-cı ildə yayımlanmağa başlayan "Chibi Maruko-chan" animesinin yaradıcısı Momoko Sakura tərəfindən baş qəhrəmanı səsləndirmək üçün seçilmişdir. Sakura onu seçməsinin səbəbi kimi səsinin onun səsinə oxşamasını göstərmişdir. Tarako 34 il boyunca Maruko-çanı səsləndirmişdir.[4]
Tarako "Hunter x Hunter", "Inuyasha" kimi anime seriallarında, "Nausicaä of the Valley of the Wind", "My Neighbor Totoro" və "Castle in the Sky" kimi anime filmlərində personajlar səsləndirmişdir.[5] 2016-cı ildə "Danganronpa" franşizinin talismanı olan Monokumanı səsləndirmək üçün seçilmişdir.[6] Ən son seyyu işi 2024-cü ildə buraxılmış "Dead Dead Demon's Dededede Destruction" anime filmi olmuşdur.[4] "Fushigi no Kuni no Alice" və "Katsugeki Shōjo Tantei Dan" kimi animelərin mahnılarını ifa etmişdir. Tarako "Waku Produce" adlı teatr qrupunun rəhbəri olmuşdur.[5] 2016-cı ildə sinerji kateqoriyası üzrə,[7] 2019-cu ildə isə ailə/uşaqlar kateqoriyası üzrə Seyyu Mükafatına layiq görülmüşdür.[8] 2017-ci ildə nəşr olunmağa başlayan "Heaven's Design Team" manqasının illüstratoru idi.[9]
2024-cü ilin əvvəllərində xəstəlikdən əziyyət çəkdiyi açıqlanmış, 4 mart 2024-cü ildə ölmüşdür.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.