"Taxt-tac oyunları" (ing. Game of Thrones) — Devid BenioffD. B. Vayss tərəfindən "HBO" üçün istehsal edilen Amerika istehsalı fentezidram janrlı teleserial. Serial Corc R. R. Martin tərəfindən yazılan "Buzla alovun nəğməsi" adlı fantastik roman janrındakı kitablara əsaslanır, onlar içərisində ən birincisi "Taxt-tac oyunları"dır. Serial ilk dəfə 17 aprel 2011-ci ildə ABŞ-da "HBO" teleşəbəkəsində nümayiş olundu və 19 may 2019-cu ildə səkkiz mövsüm ərzində yayımlanan 73 seriyadan sonra başa çatdı.

Cəld faktlar Janr, Rejissor ...
Taxt-tac Oyunları
Game of Thrones
Thumb
Thumb
Janr Macəra
Dram
Fentezi
Rejissor Devid Benioff
D.B Uays
Ssenarist
Rollarda Piter Dinkleyc
Lina Hidi
Meyzi Vilyams
Yaş reytinqi 18+
Şüar Bütün kişilər ölməlidir
Bəstəkar Ramin Cavadi
İstehsalçı ölkə ABŞ ABŞ
İl 2011
Studiya ABŞ ABŞ
Mərakeş Mərakeş
Xorvatiya Xorvatiya
Şotlandiya Şotlandiya
İspaniya İspaniya
İslandiya İslandiya
Kanada Kanada
Şimali İrlandiya Şimali İrlandiya
Malta Malta
Dil İngiliscə
Rəng rəngli
Mövsüm sayı 8
Seriya sayı 73
Seriya vaxtı 51-63 dəqiqə
Davametmə müddəti 2011–2019
Telekanal HBO
IMDb ID0944947
Format dram serialı
hbo.com/game-of-thrones
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Hadisələri Vesteros və Essos uydurma qitələrində baş verən "Taxt-tac oyunları" böyük ansambl aktyor heyətinə malikdir və serial boyu bir neçə hekayə tağını əhatə edir. Birinci əsas tağ Vesterosun Yeddi Krallığının Dəmir Taxtı barədədir; bu hissədə taxt-taca iddia etmək üçün səy göstərən və ya taxtda oturanların kimliyindən asılı olmayaraq müstəqillik uğrunda mübarizə aparan zadəgan xanədanları arasında siyasi münaqişələrdən bəhs olunur. İkinci böyük tağ Essosa sürgün edilmiş və taxt-tacı geri qaytarmağa planlayan krallığın devrilmiş hakim sülaləsinin sonuncu üzvü barədədir. Üçüncüsü Vesterosun şimal sərhədinin o tərəfindən gələn təhlükələrə qarşı krallığı qoruyan Gecə Gözətçisi hərbi ordeni ehtiva edir.

"Taxt-tac oyunları" HBO-da rekord sayda izləyici topladı və geniş, aktiv və beynəlxalq fanat bazasına malikdir. Bir çox tənqidçilər və nəşrlər serialı bütün zamanların ən böyük televiziya seriallarından biri adlandırmışdılar. Tənqidçilər serialı aktyorluq keyfiyyəti, mürəkkəb personajlar, süjet, miqyas və istehsalat dəyərlərinə görə təriflər yağdırırdılar, buna baxmayaraq, serialda çılpaqlıq və zorakılığın (cinsi zorakılıq da daxil olmaqla) nümayişi mübahisələrə səbəb olmuşdur. Sonuncu mövsümü qısaldılmış sürəkliliyi və yaradıcılıq qərarlarına görə əhəmiyyətli tənqidlərə məruz qaldı və bir çoxları bunu məyusedici sonluq kimi qiymətləndirdi. Serial 59 Praym-taym Emmi mükafatına layiq görülmüşdür, bu dram serialı üçün rekord saydır, həmin mükafatlar sırasında 2015, 2016, 2018 və 2019-cu illərdə qazanılan "Ən yaxşı drama serialı" mükafatı da daxildir. Digər mükafat və nominasiyalar içərisində üç "Ən yaxşı tamaşa" kateqoriyasında Hüqo mükafatı, Pibodi mükafatıƏn yaxşı drama filminə görə Qızıl Qlobus mükafatına beş dəfə nominasiya görülmüşdür.

Serialın əsas hadisələrindən hardasa 100 il öncə baş verən "Əjdahanın sülaləsi" serialı 2022-ci ildə HBO-da yayımlandı. Hazırda istehsalda olan serialla əlaqəli "Yeddi Krallığın cəngavəri" serialının 2025-ci ildə nümayiş etdirilməsi planlaşdırılır.

Konsepsiya

Ssenari

"Tax-tac oyunları" Corc R. R. Martin tərəfindən yazılan Buzla alovun nəğməsi kitab seriyasının hekayələrinə təqribən əsaslanır, həmin kitablarda hadisələr Vesterosun Yeddi Krallığı və Essos qitəsində dövran edir.[1][2] Serialda eyni anda baş verən bir neçə süjet xətti inkişaf edir.[3] İlk hekayə tağı Yeddi Krallığın Dəmir Taxtına nəzarət uğrunda rəqabət aparan iddiaçılar arasında vərəsəlik müharibəsi haqqındadır, bəzi digər nəcib ailələr isə taxtdan müstəqillik qazanmaq üçün mübarizə aparır. İkinci tağ sürgün edilmiş kral törəməsinin taxt-tacı geri qaytarmaq üçün gördüyü işlər barəsindədir; üçüncüsü isə qarşıdan gələn qış təhlükəsindən, eləcə də Şimalın əfsanəvi canlılarından və sərt xalqlarından bəhs edir.[4]

Aktyor heyəti və personajlar

"Taxt-tac_oyunları" serialının ansambl aktyor heyəti televiziya tarixində ən böyük heyət kimi qiymətləndirilir.[5] 2014-cü ildə bir neçə aktyorun müqaviləsi yeddinci mövsüm şərtinin daxil edilməsi üçün yenidən müzakirə edildi.[6] Sonuncu mövsüm zamanı əsas rollarda oynayan beş aktyor hər epizodun çəkilməsi üçün 1 milyon dollar qazandı, bununla da onlar ən çox qazanan ABŞ televizya aktyorları siyahısına düşdülər.[7][8]

Eddard "Ned" Stark (Şon Bin) Stark xanədanının başçısıdır. O və onun həyat yoldaşı Keytilin Starkın (Mişel Ferli) 5 uşağı var: Robb (Riçard Medden), Sansa (Sofi Törner), Arya (Meysi Vilyams), Bran (Ayzek Hempsted-Rayt) və Rikon (Art Parkinson). Nedin Con Snou (Kit Harinqton) adlı nikahdan kənar digər qadından oğlu var, həmin oğlan elmli bilikli dostu Semvell Tarli (Con Bredli) ilə Lord-komondan Cior Mormontun (Ceyms Kosmo) başçılığı altındakı Gecə Gözətçiliyində xidmət edir. Divardan şimalda yaşayan yabani xalqların arasında Gili (Hanna Mürrey) və döyüşçülər Tormund (Kristofer Hivyu) və İqrit (Rouz Lesli) yer alır.[9]

Stark xanədanı ilə əlaqəli olan digər personajlar arasında Nedin qəyyumu Teon Qreycoy (Alfi Allen), Nedin vassalı Ruse Bolton (Maykl Makelhatton) və Rusenin qeyri-qanuni oğlu Ramsi Bolton (İvan Reon) yer alır. Rob şəfaçı Talisa Meyegirdən (Una Çaplin) kömək alır, eyni zamanda Arya dəmirçinin şagirdi Cendri Rivers (Co Dempsi) və qatil Yaken Hqar (Tom Vlaşixa) ilə dost olur. Stormlenddə Keytilin uzunboylu döyüşçü Briyenna Tart (Qvendolin Kristi) ilə qarşılaşır.

Kral Torpağlarında Nedin ən yaxşı dostu kral I Robert Barateon (Mark Eddi) Serseya Lannister (Lena Hidi) ilə sevgisiz siyasi evliliyi bölüşür. Serseyanın kiçik əkiz qardaşı ser Ceyme (Nikolay Koster-Valdau) kralın şəxsi mühafizəsinidə xidmət edir, onların kiçik qardaşları Tirion (Piter Dinkleyc) isə məşuqəsi Şaya (Sibel Kekilli) və muzdlu döyüşçü Bronn (Cerom Flinn) tərəfindən müşayiət olunur. Serseyanın atası Tayvin (Çarlz Dens) Lannister xanədanının başçısıdır və Vesterosun ən varlı şəxsidir. Serseyanın Cofri (Cek Qlison) və Tommen (Din-Çarlz Çapman) adlı iki oğlu var. Üzü çapıqlı döyüşçü Sandor Kliqan (Rori Makkann) Cofrinin şəxsi mühafizəsinə nəzarət edir.[10]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.