Teq (metadata)
From Wikipedia, the free encyclopedia
Həştəq ilə səhv salmayın.
Teq — informasiya sistemlərində informasiyaya (məsələn, əlfəcin, multimedia, verilənlər bazası qeydi və ya kompüter faylı) təyin edilmiş açar söz və ya termin. Bu metaməlumat tipi elementi təsvir etməyə kömək edir və onu nəzərdən keçirmək və ya axtarışla yenidən tapmaq imkanı verir.[1] Teqlər əsasən qeyri-rəsmi və şəxsən elementin yaradıcısı və ya sistemdən asılı olaraq onu izləyən tərəfindən seçilir, baxmayaraq ki, onlar idarə olunan lüğətdən də seçilə bilər.[2]:68
Teqləşdirmə Veb 2.0 ilə əlaqəli veb-saytlar sayəsində populyarlaşdı və bir çox Veb 2.0 xidmətlərinin önəmli xüsusiyyətidir.[2][3] İndi digər verilənlər bazası sistemlərinin, iş masası proqramlarının və əməliyyat sistemlərinin də bir hissəsidir.[4]