From Wikipedia, the free encyclopedia
Theotokos (yunan : Θεοτόκος) və yaxud Xristianlıqda ana — Pravoslav Kilsəsində və Şərqi Katolik Kilsəsində İsanın anası Məryəm ana üçün istifadə edilən xristian dininə məxsus olan dini termindir. Yunanca Allah mənasını verən theos və dünyaya gətirmək mənasını verən tikto sözlərinin birləşməsindən əmələ gəlib, "Allahı dünyaya gətirən", "Allahın anası" mənasını verir[1][2].
Bakirə Məryəmlə bağlı əsas xristian prinsiplərindən biri olub, onun Müqəddəs Üçlüyün ikinci şəxsi, bədəndəki Kəlam olan Allahın və dolayı yol ilə Theotokos və Allahın Anası olaraq İsa Məsihi dünyaya gətirməsi həqiqətini ifadə edir[3][4].
"Allahın Anası" ("Allahı dünyaya gətirən") ifadəsi nə anası, nə də atası olmayan (digər qədim dinlər mövcud olan Allahların anaları olan qədim ilahələrdən fərqli olaraq) əbədi Allah Atanın anası demək deyildir. Bunun əksinə olaraq, əksər xristianlar inanırlar ki, Kəlam olan Allah əbədi olaraq Ata Allahdan doğulsa da, o, Məryəm ananın enkarnasiyasıdır ("bədənindən doğulmuş"). Başqa bir sözlə ifadə edilərsə, Allah-insan İsa Məsihin iki təbiəti mövcuddur: ilahi — Ata Allahdan və insani — Məryəm anadan gələn[5].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.