Əhdi-ətiq

From Wikipedia, the free encyclopedia

Əhdi-ətiq
Remove ads

Əhdi-ətiq[1] və ya Əski Əhd[2]Xristianların müqəddəs kitabı Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. Həmçinin Yəhudilərin müqəddəs kitabı. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilərxristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqi Tanax adlandırırlar. Tanax (Əhdi-ətiq) 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X).

Əlavə məlumat Qərbi, Şərqi ...
Remove ads

Tanaxda və Əhdi-ətiqdə kitabların sıralanması

İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir.

Əlavə məlumat Tanax ...
        
Remove ads

Xristianlıqda Əhdi-ətiqin yeri

Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi. Sinoplu Markion (təqr. 100–160) kimi Əhdi-ətiqi rədd edən müəllimlər Kilsə tərəfindən qəbul edilmirdi.[3] İsa Məsih Özü Əhdi-ətiqin əbədi olaraq Müqəddəs Yazı olacağını öyrədirdi.[4] Xristianlığın Əhdi-ətiqə münasibətini məşhur kilsə atası Avqustinin sözü ilə yekunlaşdırmaq olar: "Novum Testamentum in Vetere latet, Vetus Testamentum in Novo patet" – latın dilindən tərcümə: Yeni Əhd (Əhdi-cədid) Əski Əhddə gizlənmişdir, Əski Əhd (Əhdi-ətiq) Yeni Əhddə aşkar olmuşdur.[5]

Əhdi-ətiq Xristian fəlsəfəsində

Əhdi-ətiqin birinci kitabında rəvayət edilən hekayələr orta əsr xristian fəlsəfəsindəki kosmoqonik görüşlərin formalaşmasında xüsusi rol oynamışdır. Burada Tanrı tərəfindən dünyanın yaradılması hekayəsi müstəsna rol oynamışdır (Yaradılış 1). Burada həmçinin insanın da yaradılması haqqında söhbət açılır. Bu mövzu həmin kitabın ikinci fəslində də bir qədər fərqli tərzdə rəvayət edilir.

Yaradılış kitabının 3-cü fəslində Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine ilk insanların (AdəmHəvvanın) qadağan olunmuş ağacdan meyvə yeməsi, bunun nəticəsində onların ilk dəfə günaha batmaları və cənnətdən qovulmaları haqqında rəvayətlər vardır.

Bu rəvayətlər eyni zamanda xristian antropologiyasının da əsasını təşkil etmişdir. Belə ki, xristian təlimində Adəm və Həvva, qadağan olunmuş ağacdan meyvə yedikləri üçün, günaha batdıqlarından sonra cənnətdən qovuldular və bu səbəbdən, onlardan törənən bütün bəşəriyyət, əcdadlarının bu ilkin günahına görə məsuliyyət daşıyır. Deməli insanlar bu dünyada günahkar doğulurlar.

Ancaq xristian ilahiyyatında ilk günahdan azad olmaq da mümkündür. Bunun üçün İsaya bir Tanrının oğlu, onun əbədi Sözü (Loqos) kimi inanmaq lazımdır. Çünki onun simasında Tanrı dünyaya insan obrazında gəlmiş, insanlığın günahlarını öz üzərinə götürmüş və könüllü olaraq insanlar naminə ölümü qəbul etmişdir. Bu səbəbdən ona iman edənlər ilk günahdan azad olurlar, öz həyatını Tanrıya ibadətlərdə keçirirlər, xeyirxahlıq edirlər, şərdən uzaqlaşırlar.

Tanrının var olması və gözəgörünməz olması (Çıxış 3:14; 33:20.), əqllə və duyğu ilə dərk olunmaması (Qanunun təkrarı 4:11–19) xristian filosoflarının tez-tez istinad etdiyi mövzulardandır. Bu mövzu bəzi hallarda yeni platonçu üslubda yozulurdu. Xristian etikasının əsasını isə "Çıxış" kitabının 20-ci fəslində olan 10 ehkam təşkil edir.

Orta əsr xristian fəlsəfəsinin ən yayılmış mövzularından biri şərin təbiəti haqqında olan düşüncələr, Tanrının bu şəri törətməməsi, ondan uzaqlaşması mövzusu (teodiseya) idi. Bu problemin həll olunmasından ötrü, Əhdi-ətiqin "Əyyub" kitabına tez-tez müraciət edilirdi. Xeyir, şər, günah problemləri peyğəmbər Davuda aid edilən "Zəbur" kitabında da hallanmaqdadır. Burada bu problemlərin həlli isə, Tanrı tərəfindən göndərilmiş şəxsiyyətlə və gələcəkdə olacaq ədalətli İlahi mühakimə ilə bağlanır (Zəbur 2).

Xristian fəlsəfəsində ən çox hallandırılan başqa mövzulardan biri də bu dünyanın müvəqqəti, keçici olmasıdır. Bu məsələ isə həyatın mənası, ölümə münasibət kimi problemləri ortalığa çıxarırdı. Bu suallar haqqında düşünən mütəfəkkirlər isə bir çox hallarda Əhdi-ətiqin "Vaiz" kitabına müraciət etmişdirlər.

Remove ads

Əhdi-ətiqin Azərbaycanda yayılması

Əhdi-ətiqin Azərbaycan dilinə ilk tərcüməsi 1891-ci ildə əski ərəb əlifbası ilə çıxmışdır. 1975-ci ildə Bibliya Tərcümə İnstitutu (The İnstitute for Bible Translation) Mirzə Xəzərə müraciət edib, Bibliyanın müasir Azərbaycan dilinə yeni tərcüməsini hazırlamaq işini ona tapşırmışdır. 1982-ci ildə Əhdi-cədidin yeni tərcüməsi nəşr olunmuş və 1984-cü ildə Mirzə Xəzər Əhdi-ətiqin tərcüməsini bitirmişdir. Ancaq onun tərcüməsi indiyədək çap olunmadan qalır. 1995-ci ildən başlayaraq Müqəddəs Kitab Şirkəti Əhdi-ətiqi Azərbaycan dilinə yenidən tərcümə etməyə başladı. Əhdi-ətiqin ayrı-ayrı kitabları tərcümə edilərək qismən çap olundu: 1999-cu ildə Rut və Yunus, 2000-ci ildə Yaradılış və Süleymanın Məsəlləri kitabları, 2004-cü ildə isə Zəbur və Əhdi-ətiq Kitabı bütünlüklə nəşr olunmuşdur.[6]

İstinadlar

Mənbələr

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads