From Wikipedia, the free encyclopedia
Tomas Erpenius (11 sentyabr 1584[1] və ya 9 sentyabr 1584[2] – 13 noyabr 1624[3][1][…], Leyden, Hollandiya qraflığı[4]) — holland naşiri, ilahiyyatçı və şərqşünas.
Tomas Erpenius | |
---|---|
nid. Thomas Erpenius | |
Doğum tarixi | 11 sentyabr 1584[1] və ya 9 sentyabr 1584[2] |
Vəfat tarixi | 13 noyabr 1624[3][1][…] (40 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | teologiya |
İş yeri | Leyden Universiteti |
Təhsili | |
Tanınmış yetirmələri | Yakobus Qolius |
Vikianbarda əlaqəli mediafayllar |
Leyden Universitetində ilahiyyatı, sonralar Yaxın və Orta Şərq ölkələri dillərini öyrənmişdir. Misir, İngiltərə, Fransa, Almaniya və İtaliyaya səyahətlər edərək alimlərlə görüşmüşdür. Venesiyada fars, türk və həbəş dillərini, Parisdə isə ərəb dilini təkmilləşdirmişdir. 1612-ci ildə Leyden Universitetinin ərəb və digər Şərq dilləri üzrə professoru olmuşdur. Birləşmiş Əyalətlər Respublikasının (Niderland) rəsmi tərcüməçisi idi. 1612-ci ildə Leydendə mətbəə açmış və ərəb dilində kitab çap etmək məqsədilə şrift nümunələri hazırlamışdır. 1613-cü ildə ərəb dilinin qrammatikasına dair kitablar nəşr etmiş, 1615–22-ci illərdə dini kitablar buraxmışdır. "Qurani-Kərim"in nəşrini latın dilində şərhlərlə hazırlamış, lakin həyata keçirə bilməmişdir. Ölümündən sonra 1625-ci ildə Elzevirlər ailəsi onun mətbəəsini alaraq kitab işini davam etdirmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.