Toronto bayrağı (fr. Drapeau de Toronto) – Kanadanın Ontario əyalətinin Toronto şəhərinin bayrağı. 21 yaşlı Corc Braun Kolleci tələbəsi Rene de Santis tərəfindən dizayn olunmuşdur[1]1974-cü ildə Qədim Toronto Bayraq Dizayn Komitəsinin təşkil etdiyi müsabiqədə qalib gəlmişdir. 1997-ci ildə şəhərlə bağlı aparılan dəyişikliklərdən sonra yeni şəhər şurası yeni dizayn axtarmağa başlamış, lakin təklif olunan variantların heç birini qəbul etməmişdir. De Santis orijinal bayraq üzərində bir neçə kiçik dəyişiklik aparmağı təklif etmiş və hazırladığı yeni bayraq 1999-cu ilin oktyabrında qəbul olunmuşdur.[2] Bayraqda göy fonda Toronto Şəhər Zalının əkiz qüllələri təsvir olunmuşdur. Ən aşağıdakı qırmızı ağcaqayın yarpağı isə qüllələrin aşağısındakı Şura Bölməsini təmsil edir. Yuxarıdakı və qüllələr arasındakı boşluq "T" hərfi şəklindədir və şəhərin adının ilk hərfinə işarədir.[2]

Cəld faktlar Təfərrüatlar, Proporsiya ...
Toronto bayrağı
Thumb
Təfərrüatlar
Proporsiya 1:2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Bayrağın bir versiyası Toronto Yanğınsöndürmə Xidmətinin sərəncamında olan "William Lyon Mackenzie" yanğınsöndürən qayığında istifadə olunur.

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.