![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bd/Tiananmen_Square%252C_Beijing%252C_China_1988_%25281%2529.jpg/640px-Tiananmen_Square%252C_Beijing%252C_China_1988_%25281%2529.jpg&w=640&q=50)
Tyananmen meydanı etirazları (1989)
nümayiş / From Wikipedia, the free encyclopedia
Tyananmen meydanı etirazları və ya Tyananmen meydanı hadisəsi – Çində 4 iyun hadisəsi (çin. 六四事件; pinyin. liùsì shìjiàn - hərfi mənası 6-4 hadisəsi) olaraq da bilinən, Pekinin Tyananmen meydanında tələbələr tərəfindən 1989-cu ildə həyata keçirilən nümayiş. Pekin etirazlarından ilhamlanan bu xalq hərəkatı bəzən '89 Demokratiya Hərəkatı (çin. 八九民运; pinyin. Bājiǔ mínyùn) kimi də adlandırılır. Etirazlar 15 apreldə başladı və hərbi vəziyyətin elan olunduğu və Çin Xalq Azadlıq Ordusunun Pekinin mərkəzinə göndərildiyi 4 iyunda məcburi şəkildə yatırıldı. Qanlı hadisəyə verilən başqa bir ad Tyananmen meydanı qırğını (çin.天安门大屠杀; pinyin. Tiān'ānmén dà túshā) odlu silahlarla təchiz edilən və tanklardan istifadə edən qoşunların nümayişçilərə və Tyananmen meydanına ordunun daxil olmasına qarşı çıxanlara atəş açması ilə bağlıdır. Ölüm rəqəmi ilə bağlı təxminlər bir neçə yüz nəfərdən bir neçə min nəfərə qədər dəyişir. Ölənlərdən başqa, minlərlə insan yaralanmışdı.[2][3][4][5][6][7]
Tyananmen meydanı hadisələri | |||
---|---|---|---|
Əsas münaqişə: Çin demokatiya hərəkatları, 1989-cu il inqilabları və Soyuq müharibə | |||
![]() Tyananmen meydanı may ayı, 1988 | |||
Tarix | 15 aprel - 4 iyun 1989 | ||
Yeri |
Pekin və başqa 400 şəhər Əsas insident: Tyananmen meydanı 39°54′12″ şm. e. 116°23′30″ ş. u. |
||
Səbəbi |
• Hu Yobanın ölümü • İqtisadi islahatlar • İnflyasiya • Siyasi korrupsiya • Nepotizm • Demokratiya dalğası |
||
Nəticəsi |
• Hökumət başçısı Li Pen tərəfindən Pekinin müəyyən ərazilərində hərbi vəziyyət elan olundu. • Çin Xalq Azadlıq Ordusuna qarşı barikada quran sivil şəxslər ordu tərəfindən güllələndi. • Meydan daxilində və meydandan kənar yerlərdə minlərlə insan öldürüldü. • Hərbi vəziyyətə qarşı bütün Çin ərazisində etiraz dalğaları başladı. • Etirazın liderləri və demokrat fəallar sürgün və ya həbs edildi. • Zorakı cinayətlərlə ittiham olunan iğtişaşçılar növbəti aylarda edam edildi. • Çjao Szıyan ÇKP MK-nın baş katibi vəzifəsindən azad edildi. • Əvvəllər Şanxay partiya katibi olan Tsyan Tsemin Den Syaopin tərəfindən baş katibliyi və ali liderliyə gətirildi. • Qərb dövlətləri Çin Xalq Respublikasına iqtisadi sanksiyalar və silah ambarqoları tətbiq etdi. • Sarı quş əməliyyatı başladı. • Bazar islahatları təxirə salındı. • Mediya üzərində nəzarət artırıldı. • İfadə azadlığı məhdudlaşdırıldı. • Siyasi islahatlar dayandırıldı. |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
![]() |
Mao sonrası Çində ölkənin gələcəyi haqqında siyasi elita və insanlar arasındakı narahatlıqlara cavab olaraq başladılan sürətli iqtisadi inkişaf və sosial dəyişikliklər dövründə islahatçı, kommunist partiyasının baş katibi Hu Yaobanqın 1989-cu ilin aprelindəki ölümü etirazları sürətləndirmişdi. 1980-cı il islahatları yeni formalaşan bazar iqtisadiyyatının yaranmasına səbəb olmuşdu. Belə iqtisadiyyat bəzi insanların xeyrinə olsa da, başqaları üçün ciddi şəkildə zərər dezavantaj yaratmışdı və təkpartiyalı siyasi sistemin legitimliyi meydan oxumaya məruz qalmışdı. Dövrün ümumi şikayətlərinə inflyasiya, korrupsia və yeni iqtisadiyyat üçün zəif hazırlıq[8] və siyasi iştirakçılıqdakı məhdudiyyətlər daxil idi. Tələbələr əksər hallarda qeyri-təşkilatı hərəkət etsələr və hədəfləri fərqlənsə də, proses, demokratiya, mətbuat və ifadə azadlığına görə böyük hesabatlılıq və konstitusionallıq tələb edirdilər.[9][10] Etirazların ən pik vaxtında meydanda təxminən bir milyon insan toplaşmışdı.[11]
Etirazlar artıqdca dövlət rəsmiləri həm barışdırıcı, həm də sərt müdaxilələrlə cavab verdilər, bu da partiya idarəçiliyində dərin bölünmələrə səbəb oldu.[12] May ayına qədər tələbələrin başlatdığı aclıq aksiyası ölkənin hər yerindən nümayişçilərə olan dəstəyi artırdı və etirazlar 400 şəhərə yayıldı.[13] Çin Kommunist Partiyası yüksək idarəçiliyindəki baş nazir Li Pen və partiya ağsaqqalları Li Syannyan və Van Çjen etirazçıları zor güclə basdırmaq üçün qətiyyətli addımlar atmağı tələb etdilər və nəhayət, ali lider Den Syaopin və prezident Yan Şankunu öz tərəflərinə çəkməyi bacardılar.[14][15][16] May ayının 20-də dövlət şurası hərbi vəziyyət elan etdi və Pekinə 300 000-ə qədər qoşun topladı.[13] Qoşunlar proses zamanı həm yoldan keçənləri, həm də nümayişçiləri öldürərək 4 iyun səhər saatlarında Pekin şəhərinin əsas yollarından mərkəz hissələrə doğru irəlilədilər. Hərbi əməliyyatlar ümumi şəkildə prezident Yan Şankunun qardaşı, general Yan Baybin tərəfindən aparılırdı.[17]
Beynəlxalq cəmiyyət, insan hüquqları təşkilatları və siyasi analizçilər qırğına görə Çin hökumətini qınadı. Qərb ölkələri Çinə silah ambarqoları tətbiq etdi.[18] Çin hökuməti etirazçılar və onların dəstəkçilərinin geniş şəkildə həbsinə başladı, ölkənin digər hissələrindəki etirazları basdırdı, xarici jurnalistləri ölkədən qovdu, yerli mətbuarda hadisələrin yayımlanmasına ciddi şəkildə nəzarət etdi, polisi və daxili mühafiə qüvvələrini gücləndirdi və etirazlara simpatiya göstərən rəsmiləri ya qovdu, ya rütbəsini azaltdı.[19] Geniş çərçivədə, üsyanın basdırılması 1986-cı ildə başlamış siyasi islahatları sonlandırdı və sadəcə Den Syaopinin 1992-ci ildəki Cənub Səyahətindən sonra qismən davam etdirilən 1980-cı illər liberallaşma siyasətini dayandırdı.[20][21][22] Suayrıcı hadisəsi kimi qəbul edilən etirazlara olan reaksiyalar Çində bugünkü günə qədər davam edən siyasi ifadəyə məhdudluq gətirdi.[23] Etirazları xatırlamaq geniş şəkildə Kommunist Partiya idarəçiliyinin legitimliyini sorğulamaqla əlaqələndirilir və Çində ən çox senzura tətbiq edilən, həssas mövzu kimi qalmaqdadır.[24][25]