UEFA Çempionlar Kuboku 1958/1959
From Wikipedia, the free encyclopedia
UEFA Çempionlar Kuboku 1958/1959 — Avropanın əsas futbol yarışı UEFA Çempionlar Kubokunun 4-cü mövsümü. Turnirin qalibi ard-arda dördüncü dəfə "Real Madrid" klubu oldu. 3 iyun 1959-cu ildə Ştutqart şəhərinin Nekkarştadion stadionunda keçirilən final oyununda ispan klubu Fransanın "Reyms" klubuna 2–0 hesabı ilə qalib gəldi. İki finalçı 1956-cı ildə ilk Çempionlar Kubokunun finalında da mübarizə aparmışdılar.
UEFA Çempionlar Kuboku 1958/1959 | |
---|---|
Yarış məlumatları | |
Tarix | 26 avqust 1958 – 3 iyun 1959 |
Başlama tarixi | 26 avqust 1958 |
Bitmə tarixi | 3 iyun 1959 |
Komanda sayı | 28 (26-sı iştirak etdi) |
Yekun nəticəsi | |
Çempion | Real Madrid (4-cü dəfə) |
İkinci | Reyms |
Yarış statistikası | |
Oyun sayı | 55 |
Qol sayı | 199 (matç başına: 3.62) |
Tamaşaçı sayı | 1987818 matç başına: 36142 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Jüst Fonten (10 qol) |
Vikianbarda əlaqəli mediafayllar |
Bu mövsümdə ilk dəfə Finlyandiya təmsilçisi iştirak etmişdir. Yunanıstanın turnirdə ilk iştirakçısı "Olimpiakos" siyasi səbəblərdən turniri tərk etdi. İspaniyanı bu dəfə də çempionatda ikinci yeri tutmuş klub da təmsil elədi, çünki ölkə çempionu "Real Madrid" turnirin son qalibi olduğundan avtomatik vəsiqə qazanmışdır. "Rapid Vyana" ilk dəfə turnirə vəsiqə qazana bilmədi.