UEFA Çempionlar Liqası 2019/2020
From Wikipedia, the free encyclopedia
UEFA Çempionlar Liqası 2019/2020 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 65-ci mövsümü və turnirin adı "Çempion Klublar Kuboku" ilə "UEFA Çempionlar Liqası" dəyişdirilməsindən sonra 28-ci mövsümüdür.
UEFA Çempionlar Liqası 2019/2020 | |
---|---|
Yarış məlumatları | |
Tarix |
Təsnifat mərhələləri: 25 iyun – 28 avqust 2019 Qrup mərhələsi və finala doğru gedəcək oyunlar: 17 sentyabr 2019 – 23 avqust 2020 |
Başlama tarixi | 25 iyun 2019 |
Bitmə tarixi | 23 avqust 2020 |
Komanda sayı |
32 (qruplarda) 79 (ümumi) |
Yekun nəticəsi | |
Çempion | Bayern Münhen (6-cı dəfə) |
İkinci | Paris Seyn Jermen |
Yarış statistikası | |
Oyun sayı | 119 |
Qol sayı | 386 (matç başına: 3.24) |
Tamaşaçı sayı | 4758398 matç başına: 39987 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Robert Levandovski (15 qol) |
Ən yaxşı oyunçu |
|
← 2018–19 2020–21 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Final matçı Lissabonda yerləşən Eştadio da Luş stadionunda, "Bayern Münhen" və "Paris Seyn Jermen" arasında keçirildi. Rəqibinə 0–1 hesabı ilə qalib gələn Münhen təmsilçisi 2019–20 UEFA Avropa Liqası qalibi "Sevilya" klubu ilə 2020 UEFA Super Kuboku çərçivəsində matç oynama hüququ qazandı. "Bavariya" kuboku əldə etməsə belə 2020–21-ci il mövsümü Çempionlar Liqasında iştirakını təmin etmişdi. Buna görə UÇL-də həmin rezerv olunmuş yeri Niderland çempionu "Ayaks" tutur.
Turnirdə video köməkçi hakim play-off turundan etibarən istifadə edilir.[5]
Ötən mövsümün finalistləri olan Liverpul və Tottenhem Hotspur bu mövsüm 1/8 Finalda müvafiq olaraq RB Leypsiq və Atletiko Madrid klubları tərəfindən mübarizədən kənarlaşdırıldılar.
Koronavirus pandemiyasının təhlükəsi nəzərə alınaraq turnirin matçları 1/8 Final mərhələsində təxirə salınmışdır.[6] 30 may 2020-ci ildə İstanbulda, Atatürk Olimpiya Stadionunda keçirilməli olan final matçı 23 martda UEFA tərəfindən təxirə salındı.[7]
17 iyunda UEFA 1/4 Final, yarımfinal və final matçlarının 2020-ci ilin avqustunda Portuqaliyada keçiriləcəyini ictimaiyyətə açıqladı. Bütün matçlar tək ayaqlı oynanıldı. İstanbul isə 2021-ci ildə turnirin finalına ev sahibliyi edə biləcək.[8]
"Bayern Münhen" kuboku başı üzərinə qaldırmaqla bərabər bir neçə önəmli nailiyyət əldə etdi. İlk növbədə, klub bu mövsüm həm Almaniya kuboku, həm Bundesliqa, həm də UÇL çempionu olmaqla ikinci dəfə qızıl het-trik etdi. Bununla yanaşı, Münhen təmsilçisi turnirdəki bütün oyunlarını qələbə ilə başa vuraraq 100 %-lik nəticə əldə edərək turnir tarixində bir ilkə imza atdı.