UEFA Avropa Liqası 2020/2021
From Wikipedia, the free encyclopedia
UEFA Avropa Liqası 2020/2021 – UEFA tərəfindən keçirilən Avropanın ən böyük ikinci futbol tədbirinin 50-ci mövsümüdür. UEFA Avropa Liqası adı və formatıyla isə 12-ci mövsümdür.
UEFA Avropa Liqası 2020/2021 | |
---|---|
Yarış məlumatları | |
Tarix |
Təsnifat mərhələləri: 18 avqust – 1 oktyabr 2020 Qrup mərhələsi və finala doğru gedəcək oyunlar: 22 oktyabr 2020 – 26 may 2021 |
Başlama tarixi | 18 avqust 2020 |
Bitmə tarixi | 26 may 2021 |
Komanda sayı |
Qrup mərhələsi və 1/16 final:48 + 8 Ümumi:158 + 55 *Maili stildə yazılmış rəqəmlər ÇL-dan gələn komanda sayını işarə edir |
Yekun nəticəsi | |
Çempion | Vilyareal (1-ci dəfə) |
İkinci | Mançester Yunayted |
Yarış statistikası | |
Oyun sayı | 204 |
Qol sayı | 618 (matç başına: 3.03) |
Tamaşaçı sayı | 108617 matç başına: 532 |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Yusuf Yazıcı Pizzi Borxa Mayoral Jerar Moreno (7 qol) |
Ən yaxşı oyunçu | Jerar Moreno (Vilyareal)[1] |
← 2019–20 2021–22 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Turnirin final matçı Polşanın Qdansk şəhərindəki PGE Arenada, "Vilyareal" ilə "Mançester Yunayted" klubları arasında oynandı. Əsas vaxtı 1–1 başa çatan matçda penalti zərbələriylə rəqibini üstələyən ispan klubu tarixində ilk Avropa titulunu qazandı.[2] Bununla yanaşı, klub həm də UEFA Çempionlar Liqası 2021–22-ci illər mövsümündə birbaşa qrup mərhələsində iştirak haqqı əldə etdi.
Əslində PGE Arenada 2019–20-ci illər mövsümünün finalı planlaşdırılsa da, koronavirus pandemiyası ucbatından tarix 2021-ci ilə keçirildi.[3]
Turnirin qalibi olan "Vilyareal" 2020–21 UEFA Çempionlar Liqası mövsümü qalibi "Çelsi" ilə 2021 UEFA Super Kuboku çərçivəsində oynama hüququ əldə etdi.