Uşaqlıq ağzı xərçəngi
From Wikipedia, the free encyclopedia
Uşaqlıq ağzı xərçəngi, serviks xərçəngi, servikal xərçəng bütün dünyadakı qadın xərçəngləri arasında döş və bağırsaq xərçəngindən sonra 3. sıxlıqda görülən xərçəng tipidir. Serviks Xərçəngi qadın artıma orqanlarından biri olan rəhmin (uterus) ağız qismi olan rəhm ağızının (serviks) normal xarici inkişaf nəticəsində yaranan pis xasiyyətli şişinə verilən addır. Ancaq darama testlərini məşhur olaraq istifadə edərək serviks xərçənginin görülmə sıxlığını və bu xərçəngə bağlı ölüm nisbətlərini azaltmaq mümkündür.[2]
Rəhm ağzı xərçəngi | |
---|---|
| |
XBT-10 | C53. |
XBT-10-KM | C53.9, C53 |
XBT-9 | 180 |
XBT-9-KM | 180.9[1], 180[1] |
OMIM | 603956 |
DiseasesDB | 2278 |
MedlinePlus | 000893 |
eMedicine | med/324 |
MeSH | D002583 |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlıq ağzının səthini yaradan hüceyrə təbəqəsinin anormal hüceyrələrə çevrilməsiylə " xərçəng öncülləri" adlanan hüceyrələr meydana gəlir. Xərçəng öncülləri; prekanseröz strukturlardır və erkən müəyyən olunub müalicə edilmədiklərində uşaqlıq ağzı xərçənginə çevrilə bilərlər. Bu dəyişikliklərdən məsul olan əsas faktor, "HPV" olaraq bilinən İnsan papilloma virusudur. Uşaqlıq ağzı xərçəngi ümumiyyətlə orta və orta yaş üstü qadınlarda görülsə də, hər hansı bir yaşda da ortaya çıxa bilər. Uşaqlıq ağzı xərçəngindən qorunmaq üçün İlk cinsi əlaqədən 3 il sonra ginekoloji yoxlanışlar sırasında PAP smear testi edilməsi tövsiyə edilir. 30 yaş üzərində 3 ardıcıl normal PAP test nəticəsindən sonra PAP smear testi 2 −3 ildən bir edilə bilər.[3]
Serviks xərçəngi Dünya üzərində ortalama hər 2 dəqiqədə bir qadının ölümünə səbəb olan və müxtəlif ölkələrdə aparılan işlərdə qadınlarda döş xərçəngindən sonra ən sıx görülən ikinci xərçəngdir.[4].