Vantablək — (vanta (ing. vertically aligned nanotube arrays)[1] "şaquli istiqamətli nanoboru massivləri" + black "qara") karbon nanoborundan hazırlanan maddədir[2]. Bilinən ən qara maddələrdən biridir[1][3]. Üzərinə düşən rdiasiyanın 99,965%-ni: görünən işıq, mikrodalğaradiodalğaları udur (müqayisə üçün: ən qara kömür işığın 96%-ni udur)[4] . Alüminium folqa üzərində "böyüyən" şaquli düzülmüş nanoborulardan ibarətdir[5]; Vantablack üzərinə düşən fotonlar bu nanoborucuqlar arasında itir və demək olar geri əks olunmadan istiyə çevrilir[2]. Bu maddə ilk dəfə 2014-cü ilin iyulunda Böyük Britaniya Milli Fizika Laboratoriyası və Surrey NanoSystems alimləri tərəfindən Farnboro aviasiya sərgisində təqdim edilmişdir[6].

Thumb
Alüminium folqa üzərində vantablək

Yardılmış maddə bir çox potensial tətbiqlərə malikdir: məsələn, teleskoplarda[1] işığın səpilməsinin qarşısını almaq, Yerdə və kosmosda fəaliyyət göstərən infraqırmızı kameraları təkmilləşdirmək[7], istilik mühafizə sistemlərində və müxtəlif mikroelektromexaniki cihazların miniatür birləşmələri və elementləri üçün örtük kimi istifadə edilə bilər[8]. Bu obyekt tərəfindən radiasiyanın udulması insanları və kosmik gəmiləri güclü radiasiyadan qoruyan yüngül və davamlı örtüklər yaratmaq imkanını açır. Günəş enerjisinin cəmləşdirilməsi texnologiyalarında istifadə olunan materiallarda istilik udulmasını artırmaq üçün də istifadə etmək mümkündür, hərbi sahədə isə Vantablək, məsələn, təyyarələr üçün "temperatur kamuflyajı" yaratmaq üçün istifadə edilə bilər[4]. Beləliklə, Vantabləki yaradan alimlərə, materiallarının potensial hərbi istifadəsi haqqında jurnalistlərə danışması qadağandır və onlar da "çox bahadır" ifadəsi ilə məhdudlaşaraq, bunun qiymətini açıqlamaqdan imtina edirlər[9].

İnsan gözünün Vantabləkə reaksiyası maraqlıdır: əks olunan işığın demək olar tamamən olmaması səbəbindən insan bunu hansısa çox qara obyekt kimi deyil, bir heçlik kimi, uçuruma, qara dəliyə[5] düşmə, iki ölçülü[10] qaralıq[2] kimi qəbul edir. Tanınmış heykəltaraş Aniş Kapur Vantabləkə maraq göstərdiyini, bu maddənin məsələn, dibsiz kosmosu təsvir etmək üçün boya kimi çox təsirli olacağını bildirib[11].

2014-cü ildə aerokosmikmüdafiə sənayesi müştəriləri artıq ilkin Vantablək sifarişlərini almışdılar[6].

Həmçinin bax

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.