Venesuela siyasi böhranı (2019)
From Wikipedia, the free encyclopedia
2019-cu ilin yanvarında yeni bir mərhələyə keçən Venesuela siyasi böhranı — müxalifətin hərəkətləri nəticəsində iki güc mərkəzi ortaya çıxır. Venesuela Milli Asambleyasının Spikeri Xuan Quaydo, Nikolas Maduronun ikinci müddətə prezident seçilməsi ilə əlaqədar həyata keçirdiyi andiçmə mərasiminin ardından baş qaldıran çox minlik mitinqlərin fonunda özünü prezident səlahiyyətlərinin icraedicisi elan edir[131]. Venesuela Prezidentinin özü isə prezidentlik müddətinin sonuna qədər hakimiyyətdə qalacağını bildirir. Nikolas Maduro baş vermiş hadisəni dövlət çevrilişinə cəhd hesab edərək, bunda ABŞ hökumətini ittiham etmiş və Amerika Birləşmiş Ştatları ilə diplomatik əlaqələri kəsmişdir.
Venesuelada ağırlaşan siyası qarşıdurma dünya ictimaiyyətinin qütbləşməsinə səbəb oldu. Xuan Quaydonu ABŞ, Lima qrupu ölkələri (Meksika istisna), Amerika Dövlətləri Təşkilatı, dünyanın bir sıra ölkələri dəstəklədi[131]. 26 yanvar tarixində Avropa İttifaqı ölkələri Nikolas Maduronun 8 gün ərzində yeni seçkilərin keçirilməsi barədə qərar verməyəcəyi təqdirdə Xuan Quaydonu prezident kimi tanıyacağını bəyan edir. Maduronu isə Rusiya, Çin, Boliviya, Kuba, Meksika, Nikaraqua, Salvador, İran, Türkiyə və CAR dəstəkləyir. 26 yanvarda ABŞ-nin Rusiyanın etirazlarına qarşı başlatdığı BMT Təhlükəsizlik Şurasının təcili toplantısı, yalnız xarici siyasət səviyyəsində qarşıdurmanın ağırlaşmasına gətirib çıxardı. Bir çox ölkələrin danışıqlar yolu ilə böhranı həll etmək və onun beynəlxalq səviyyəyə qaldırılmasına mane olmasına baxmayaraq, prezident Nikolas Maduroya qarşı xarici təzyiq artmaqda davam edir[132].