Vikimedia Fondu
viki-layihələri idarə edən ABŞ qeyri-kommersiya təşkilatı / From Wikipedia, the free encyclopedia
Vikimediya Fondu (ing. Wikimedia Foundation Inc.) — ABŞ qeyri-kommersiya təşkilatı. Yerli qanunlara əsasən xeyriyyə fondu kimi qeydiyyata alınmışdır.[11] Qərargahı Kaliforniyanın San-Fransisko şəhərində yerləşir. Ən çox onlayn ensiklopediya olan Vikipediya üçün hostinq platforması kimi tanınır. Bu, həmçinin digər əlaqəli layihələrə və viki proqramı olan MediaVikiyə ev sahibliyi edir.[12][13][14]
Vikimedia Fondu | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | 501(c)(3) təşkilatı[d][1][2][…] |
Sənaye | viki |
Məhsulları | Vikipediya, MediaViki, VikiKitab, Vikiverilənlər, Vikianbar, VikiXəbər, VikiSitat, Vikimənbə, VikiNövlər, VikiVersitet, Vikisəyahət, Vikilüğət |
Təsis tarixi | 20 iyun 2003[3][4] |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Rəhbərlik | |
Təsisçi | |
Baş icraçı direktor | Maryana İskəndər[9] |
İdarə heyəti | Cimmi Uels[10] |
wikimediafoundation.org wikimediafoundation.org |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vikimedia Fondu 2003-cü ildə Florida ştatının Sent-Pitersberq şəhərində Cimmi Vels tərəfindən yaradılmışdır. Bu, o vaxta qədər Velsin kommersiya şirkəti "Bomis" tərəfindən idarə olunan Vikipediya, Vikilüğət və digər viki layihələrini maliyyələşdirmək üçün qeyri-kommersiya vasitəsi kimi yaradılmışdır. Fond özünü əsasən Vikipediya oxucularından e-poçt kampaniyaları, Vikipediya və digər əlaqəli layihələrdə yerləşdirilən illik fandreyzinq bannerləri vasitəsilə toplanan milyonlarla kiçik ianələr hesabına maliyyələşdirir.[15] Bunlar xeyriyyə təşkilatları və texnoloji şirkətlərin qrantları, həmçinin 2022-ci ildən başlayaraq "Wikimedia Enterprise"dan əldə olunan xidmət gəlirləri ilə tamamlanır.
Fond mövcud olduğu müddətdə sürətlə inkişaf etmişdir. 2022-ci ilin məlumatına görə, burada 700-ə yaxın işçi və podratçı işləyir. Onun illik gəliri 155 milyon dollar, illik xərcləri 146 milyon dollar, xalis aktivləri 240 milyon dollar dəyərində idi. Təşkilatın digər ölkələrdə də filialları fəaliyyət göstərir: Almaniya, Fransa, Polşa, Serbiya, İngiltərə, Niderland, İsveçrə, İsrail və Tayvan.[16]