From Wikipedia, the free encyclopedia
Viktor Pavloviç Nogin (rus. Ви́ктор Па́влович Ноги́н; 14 fevral 1878 və ya 14 fevral 1879[1], Moskva[2] – 22 may 1924[2][1], Moskva[2]) — SSRİ dövlət və partiya xadimi.
Viktor Nogin | |
---|---|
Kommunist Partiyası Mərkəzi Təftiş Komissiyasının sədri | |
16 mart 1921 – 22 may 1924 | |
Əvvəlki | Vəzifə təsis edilmişdir |
Sonrakı | Dmitri Kurski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 fevral 1878 və ya 14 fevral 1879[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 22 may 1924[2][1] |
Vəfat yeri | |
Vəfat səbəbi | peritonit |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, inqilabçı |
Dini | ateizm |
Vikianbarda əlaqəli mediafayllar |
Viktor Pavloviç Nogin 14 fevral 1878-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1898-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. Nogin 1900-cu ildə mühacirətdə olarkən Almaniyanın Münhen şəhərində Vladimir Lenin ilə görüşmüşdür. O, 1901-ci ildə Moskva və Peterburqda "İskra"nın agenti olmuşdur. Nogin partiyanın II qurultayından sonra bolşevik olmuşdur. O, RSDFP-nin Peterburq (1905), Bakı (1906), Moskva (1906–1908) komitələrinin üzvü olmuşdur. Nogin bir müddət təsviyəçilərə və müdafiəçi menşeviklərə qarşı barışdırıcı mövqe tutmuşdur. O, 1917-ci il Fevral inqilabından sonra Moskva Sovetinin təşkilatçılarından biri, onun sədri olmuşdur. Nogin RSDF(b)P VI qurultayında "Hümmət"in nümayəndəsini təbrik etmiş və Mərkəzi Komitənin "Hümmət"ə həm maddi, həm də başqa yardım göstərməsini təklif etmişdir. O, Moskva HİK-inin üzvü, Moskvada silahlı üsyanın rəhbərlərindən idi. Nogin RSFSR-in ilk xalq ticarət və sənaye komissarı olmuşdur. O, 1917-ci ilin noyabrında menşevik və eserlərin iştirakı ilə koalisiya hökumət yaradılmasına tərəfdar çıxmış, RSDF(b)P MK-dan və XKS-dən çıxmışdır. Nogin sonralar səhvlərini etiraf etmişdir. O, 1918-ci ildən sovet və təsərrüfat işində çalışmışdır. Nogin partiyanın V-XII qurultaylarının nümayəndəsi olmuş, MK və MTK üzvü seçilmişdir. Viktor Nogin 22 may 1924-cü ildə SSRİ-nin paytaxtı Moskva şəhərində vəfat etmiş, şəhərin Qızıl meydan adlandırılan yerində dəfn edilmişdir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.