Xəzər Lənkəran FK
Fəaliyyətini dayandırmış Azərbaycanın Lənkəran rayonunu təmsil edən peşəkar futbol klubu / From Wikipedia, the free encyclopedia
Xəzər Lənkərn FK — 2004-cü ildə Lənkəran şəhərində yaradılmış[1][2] və 2016-cı ilin may ayında[3][4][5] Azərbaycan çempionatlarında iştirakını dayandıranadək Azərbaycan Premyer Liqasında çıxış edən futbol klubu. "Xəzər Lənkəran" 1 dəfə Azərbaycan çempionu[6], 3 dəfə Azərbaycan kubokunun[7][8][9], 1 dəfə Azərbaycan Superkubokunun[10] və 1 dəfə Birlik Kubokunun[11] qalibi olmuşdur. Klub 2006-cı ilin 11 avqust tarixindən etibarən ev oyunlarını 15000 (on beş min) azarkeş tutumuna malik olan Xəzər Lənkəran Mərkəzi stadionunda keçirib[12].
Cəld faktlar Klubun tam adı, Ölkə ...
Xəzər Lənkəran FK | |||
---|---|---|---|
Klubun tam adı | Xəzər Lənkəran | ||
Ölkə | Azərbaycan | ||
Ləqəb(lər) | gəmiçilər, dəniz piyadaları | ||
Rəng(lər) | Ağ-Yaşıl | ||
Yaranma tarixi | 2004 | ||
Bağlama tarixi | 2016 | ||
Stadionu | Xəzər Lənkəran Mərkəzi Stadionu | ||
Tutumu | 15000 | ||
Prezidenti | Mais Mənsimov | ||
Baş məşqçisi | Ağadadaş Həmidov (v.i.e.) | ||
Liqa | Topaz Premyer Liqası | ||
2015/2016 | 10 | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla