Yad Kennedi
From Wikipedia, the free encyclopedia
Kennedi abidəsi (ivr. יד קנדי) — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. 18 metr (59 ft) olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir.[1] Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var.[1][2] Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatını və Vaşinqtonu ifadə edir.[3] ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir,[3] sütunlar isə incə şüşəli panellərlə ayrılır.[4] Hal-hazırda abidəni eyni anda 100 nəfər ziyarət edə bilər.[3] Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir.[1]
Kennedi abidəsi | |
---|---|
ivr. יד קנדי | |
31°44′56″ şm. e. 35°08′04″ ş. u. | |
Ölkə | İsrail |
Yerləşir | Yerusəlim |
Aidiyyatı | Con Kennedi |
Layihə müəllifi |
Devid Resnik Dov Feygin |
Tikilmə tarixi | 1965 |
Hündürlüyü | 60 m |
Material | şüşə və beton |
Vikianbarda əlaqəli mediafayllar |
Kennedi abidəsi və ona bitişik gəzinti yerləri Kennedi Sülh Meşəsinin bir hissəsidir.[5]