Qriqorian təqvimində ilin birinci ayı From Wikipedia, the free encyclopedia
Yanvar — Qriqorian təqvimində ilin birinci ayı, 31 gündən ibarətdir.
Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma tanrısı Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı olmuşdur.
Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir.
Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı"deməkdir. Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar ayında kəşf etmələri durur.
Yanvar sözünün ilkin mənası qapı deməkdir. Yanvar ayı başlanğıc,zaman tanrısı olan Yunusun adından götürülmüşdür.[1] Yanus şəkillərdə əks istiqamətlərə baxan ikisifətli insan kimi təsvir olunurdu. Üzünün biri qabağa yəni gələcəyə baxırdısa,digəri arxaya,yəni keçmişə nəzər salırdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.